Türkiyə səfiri: "Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu"

2021-05-03 17:38

"Bu yeni dövrdə üzərimizə düşən vəzifə səylə, canfəşanlıqla və məsuliyyət hissi ilə xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirməkdir".

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

"Məqsədimiz əlaqələrimizi siyasi, iqtisadi və mədəni sahə başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır. 

Daha çox inkişaf etdiriləcək və möhkəmləndiriləcək dostluq və əməkdaşlığın dünya sülhünə və təhlükəsizliyinə olduğu qədər, iki ölkənin ortaq maraqlarına da töhfə verəcəyinə səmimi qəlbdən inanırıq. 

Ticarət dövriyyəsinin artırılması qədər, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın inkişaf etdirilməli olduğuna, ortaq tarix, qədim mədəniyyət və ənənələrdən bəslənən xalqlarımız arasındakı dostluğun və qardaşlığın möhkəmləndirilməli olduğuna inanırıq. Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir", - diplomat bildirib. (apa)


Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03