Türkiyə səfiri: ““İki dövlət, tək millət” şüarı ilə bütün çətinliklərin öhdəsindən gələcəyik”

2021-05-03 12:10

“Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yer alan müstəsna bir qardaşlığa şahidik. Şübhəsiz ki, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən alır”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirlər Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının müraciətində öz əksini tapıb.

“İki dövlətin qurucuları - ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" anlayışı bu qardaşlıq bağının əsasını təşkil edir, eyni zamanda, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və qorumaq üçün bir anddır. 

Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər qardaşının yanında oldu və hər cür dəstək göstərdi. 

Türkiyə xalqı adından Azərbaycandakı və dünyadakı bütün azərbaycanlılara səslənirəm: Zəfəriniz mübarək və daimi olsun! Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə, döyüşçü yoldaşlarına, sevənlərinə və Azərbaycan xalqına başsağlığı veririk və səbr diləyirik. Ruhları şad, məkanları cənnət olsun! Biz inanırıq ki, artıq Qarabağda hər bahar xarı bülbüllər şəhidlərimiz üçün açacaq, onların ətrini Qafqazın incisi Qarabağdan bütün Türk dünyasına daşıyacaq. 

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq”. “İki dövlət, tək millət şüarı” ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimizi inkişaf etdirib, daha da irəli aparacaq və gücləndirəcəyik”, - deyə səfir vurğulayıb. (apa)


Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kəlbəcərdə atışma: erməni hərbçi yaralandı

2021-07-29

gun az article

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya gedib

2021-07-29

gun az article

BMT-dən sərhəddəki gərginliklə bağlı açıqlama

2021-07-28

gun az article

ABŞ-dan Kəlbəcər açıqlaması

2021-07-29

gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28