Türkiyə səfiri Praqada Azərbaycana dəstək aksiyasına qatıldı - Foto

2020-07-25 15:23

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

Gunaz.tv Quote | Gunaz article

Teleqraf.com xəbər verir ki, hazırda Çexiyanın paytaxtı Paraqa şəhərində Çex Respublikasındakı Azərbaycan İcmasının təşkilatçılığı ilə aksiya keçirilir.


Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib.


Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.


Eyni zamanda Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış da aksiyaya qatılıb.


Əllərində ermənilərin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təxribatlar zamanı şəhid olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.


Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.


Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyə lirəsi dollar və avro qarşısında ən aşağı həddə düşüb

2020-08-06

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb

2020-08-06

gun az article

Pentaqon rəhbəri: “Bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inanır”

2020-08-06

gun az article

Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatıb, 250-si yaralanıb

2020-08-06

gun az article

COVID-19 bitməmiş Çində yeni virus meydana gəldi – Artıq 7 nəfər ölüb

2020-08-06

gun az article

Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb

2020-08-06

gun az article

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

2020-08-05

gun az article

Azərbaycanda daha 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

2020-08-05

gun az article

Beyrut partlayışlarında azı 73 nəfər ölüb, 3700-dən çox insan yaralanıb- VİDEO

2020-08-05

gun az article

Beyrut limanındakı güclü partlayışın səbəbi məlum olub

2020-08-05

gun az article

Məşhur isveçli müğənni Zara Larsson uyğurlara dəstək olaraq “Huawei” ilə əməkdaşlığına son qoyub

2020-08-04

gun az article

İrandan Azərbaycana gətirilmiş 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb

2020-08-04

gun az article

Beyrutda güclü partlayışlar baş verib- VİDEO

2020-08-04

gun az article

Netanyahu: “İsrailə qarşı hər hansı bir hücuma cavab veriləcək”

2020-08-04

gun az article

Amerikada son sutkada koronavirusdan 540 nəfər ölüb

2020-08-04

gun az article

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

2020-08-03

gun az article

Türkiyədə terror aktı planlaşdıran qrupun üzvləri zərərsizləşdirilib

2020-08-03

gun az article

MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

2020-08-03

gun az article

"Crew Dragon" kosmik gəmisi Florida yaxınlığında Yerə enib

2020-08-03

gun az article

General Polad Həşimov haqqında kitab nəşr olunub

2020-08-03