SON XƏBƏRLƏR

Türkiyə Sərkisyanın dəvətini qəbul edəcək?

2021.10.20, 07:36
Türkiyə Sərkisyanın dəvətini qəbul edəcək?

Gunaz.tv
Türkiyə Sərkisyanın dəvətini qəbul edəcək? Rəsmi Ankara Ermənistan prezidentinin təklifini araşdırır Rəsmi Ankara Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə prezidenti Abdulla Gülə göndərdiyi məktubu alıb və hazırda dəvəti nəzərdən keçirir. APA-nın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında deyib. S.Sərkisyanın A.Gülü iki ölkə milli futbol komandalarının sentyabrda İrəvanda keçiriləcək matçına dəvət etməsi ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Ankara Ermənistan prezidentinin «iki ölkə arasında normal münasibətlərin qurulmasından başqa alternativ yoxdur və qarşılıqlı əlaqələrə yeni start verilməlidir» şəklində bəyanatından xəbərdardır: «Biz də bu fikirlə razıyıq. Ermənistandakı seçkilərdən sonra məktub mübadiləsi olmuşdu və eyni məqamlar vurğulanmışdı. Əgər doğrudursa, Sərkisyanın bu ifadələrini məmnuniyyətlə qarşılayırıq». Xatırladaq ki, Ermənistan prezidenti ABŞ-ın «The Wall Street Journal» qəzetinə müsahibəsində Abdulla Gülün onun dəvəti əsasında İrəvana gəlişinin iki ölkə münasibətlərinin simvolik startı olacağını söyləyib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar