SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında növbəti dəfə atışma baş verib

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında növbəti dəfə atışma baş verib

Gunaz.tv
Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında növbəti dəfə atışma baş verib 1214649750_turk_esger_iraq.jpg PKK-çı terrorçular Girəsun vilayətində axtarış aparan daxili qoşun hissələrinə hücum ediblər. Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında növbəti dəfə atışma baş verib. PKK terror təşkilatı üzvləri Girəsun vilayətində axtarış aparan daxili qoşun hissələrinə silahlı hücum ediblər. İnsident nəticəsində maşında olan iki əsgər xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətinin ağır, digərinin isə qənaətbəxş olduğunu söyləyib. İnsidentdən dərhal sonra ərazidə geniş miqyaslı əməliyyata start verilib. Hazırda türk qoşun hissələri əsgərlərə atəş açan PKK üzvlərinin kimliyini və neçə nəfər olduğunu araşdırmaqla məşğuldur. Girəsun vilayəti rəhbərliyi əraziyə gələn ölkə vətəndaşlarını diqqətli olmağa çağırıb. Mənbə: /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar