SON XƏBƏRLƏR

Türkiyə: TERRORA QARŞI ƏMƏLİYYATLAR VƏ ƏKS-TƏDBİRLƏR DAVAM ETDİRİLƏCƏK

2021.10.20, 07:36
Türkiyə: TERRORA QARŞI ƏMƏLİYYATLAR VƏ ƏKS-TƏDBİRLƏR DAVAM ETDİRİLƏCƏK

Gunaz.tv
33821_1 Türkiyə: TERRORA QARŞI ƏMƏLİYYATLAR VƏ ƏKS-TƏDBİRLƏR DAVAM ETDİRİLƏCƏK Bununla yanaşı, ölkənin enerji təhlükəsizliyi də diqqət mərkəzinə gətirilir İsmayıl UMUDLU Güvənlik güclərinin terrora qarşı yürütdüyü əməliyyatlar və tədbirlər davam etdiriləcək - Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) son toplantısından sonra verilən açıqlamada belə deyilmişdir. "Ölkənin asayiş və təhlükəsizliyinə təsir göstərən daxili və xarici gəlişmələr əhatəli bir şəkildə dəyərləndirilmişdir. Güvənlik güclərinin terror təşkilatına qarşı yürütməkdə olduğu uğurlu əməliyyatlar və terrorla mücadilənin bütün parametrlərindəki tədbirlərin qətiyyətlə sürdürüləcəyi bir daha vurğulanmışdır", - deyə MTŞ Baş Katibliyinin yaydığı açıqlamada bildirilir (Anadolu agentliyi). Türkiyə mediasında yer alan xəbərlərdən də göründüyü kimi, İraqın şimalındakı terror düşərgələrinə aviasiya reydləri seyrəlsə də, bu ölkə ilə həmsərhəd vilayətlərdə güvənlik gücləri ilə terror qrupları arasında ara-sıra toqquşmalar yer alır. Zərərsizləşdirilən və yaxalanan terrorçular var. Türkiyənin terrorla mücadiləni daha uğurla sürdürə bilməsi üçün, şübhəsiz, hərbi vertolyotlar istehsalına başlanması önəmli təsir göstərəcəkdir. Belə ki, terror dəstələri ölkənin cənub və şərq vilayətlərində piyadalar və mühərrikli hərbi texnika üçün çətin keçilə bilən mürəkkəb relyefli dağlıq bölgələrdə fəaliyyət göstərir və onlarla mücadilədə vertolyotlar misilsiz önəm daşıyır. Sözügedən T129 "Atak" tipli hərbi vertolyotlar ölkənin öz texniki imkanları hesabına istehsal ediləcəkdir. Layihəyə görə, Türkiyə 91 ədəd bu tipli vertolyot istehsal edəcək və maşınlar quru qoşunlarının sərəncamına veriləcəkdir. İndiyə qədər isə quru qoşunları bölmələri "Kobra" və "Skorski" vertolyotlarından istifadə edirdi. Türkiyədə terrora qarşı hüquqi planda da mücadilə sürdürülür. PKK terror təşkilatına dolayısı ilə haqq qazandıran və onu terrorçu təşkilat kimi tanımaq istəməyən DTP partiyasının qapadılmasına dair Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırılmışdır. Bəlli olduğu kimi, bu partiya parlamentdə 20 yerə sahibdir və ordu və təhlükəsizlik qüvvələrinin əməliyyatlarına qarşı çıxmaqdadır. Onların bu və digər tədbirlərində terrorçu PKK-nın hazırda İmralı adasında ömürlük həbsdə yatan lideri Abdulla Öcalan "öndər" kimi təqdim olunur. Yeri gəlmişkən, Şimali İraq kürdlərinin liderlərindən Məsud Bərzani də son açıqlamalarının birində PKK-nı terrorçu təşkilat kimi tanımadıqlarını bildirmiş, buna sərt cavab verən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının başqanı ordu generalı Yaşar Böyükanıt isə PKK-nı bu günə qədər mövcud olmuş terrorçu təşkilatlar içərisində "ən qanlı terror təşkilatı" adlandırdı. Bütün bunlarla yanaşı, ölkənin enerji təhlükəsizliyi, Türkiyənin artan enerji tələbatı qarşısında görüləsi tədbirlər də ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzinə gətirilir. Milli Təhlükəsizlik Şurasının son toplantısında bu məsələlərə də önəm verilmişdir. Bəlli olduğu kimi, dünya bazarında neftin qiyməti durmadan artır və bir barrelin 170 dollara çatacağı istisna deyil. Özünün neft və qaz ehtiyatları kifayət qədər olmayan Türkiyə bu halda nə etməlidir - bu sual çoxlarını düşündürür. Belə bir enerji siyasətinə önəm verilir ki, Türkiyənin idxaldan asılılığını azaltmaq, yerli enerji mənbələrdən istifadəni artırmaq, atom enerjisindən istifadə etmək və Türkiyəni enerji-keçid ölkəsinə və mərkəzinə çevirmək lazımdır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar