SON XƏBƏRLƏR

Türkiyə və Amerika Silahlı Qüvvələrinin birlikləri Münbiçdә birgә nәzarәt faliyyәtlәrinә başlayacaq

2021.10.20, 07:36
Türkiyə və Amerika Silahlı Qüvvələrinin birlikləri Münbiçdә birgә nәzarәt faliyyәtlәrinә başlayacaq

Gunaz.tv

GünAz TV: Suriyanın Münbiç bölgәsindә Türkiyә Silahlı Qüvvәlәri vә Amerika Birlәşmiş Ştatları (ABŞ) Silahlı Qüvvәlәrinin birliklәrinin birgә nәzarәt fәaliyyәtlәrinin qısa zamanda başlayacağı bildirilib.

 

Mәlumata görә, nәzarәt fәaliyyәti tәlimlәri ilә bağlı işlәrin son mәrhәlәsinә gәlinib.

 

Rәsmilәr tәlimlәrin  tezliklә başlaması üçün  lazımi addımların atıldığını bildirib.

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı  TSQ və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin birlikləri tərəfindən "Fərat Qalxanı" əməliyyatı sahəsi ilə Münbiç arasında qalan zolaqda 53-cü  koordinasiyalı/müstəqil nəzarət fəaliyyətinin  həyata keçirildiyini qeyd etmişdi.

 

Türkiyә vә ABŞ-ın iyunun 4-dә әldә etdiyi razılıq Fәrat çayının qәrb sahillәrindә olan separatçı terror tәşkilatı PKK-nın Suriya qolu PYD-YPG üzvü terrorçuların  bölgәdәn çıxarılmasını, ikinci mәrhәlәdә isә Türk vә ABŞ tәrәflәrinin bölgәdә birgә nәzarәt fәaliyyәti keçirmәsini  nәzәrdә tutur.

 

Razilaşmanın  üçüncü mәrhәlәsi isә Münbiçin idarәsinin yerli әhali tәrәfindәn hәyata keçirilmәsini nәzәrdә tutur.

 

Bölgәnin tәhlükәsizliyini tәmin edәcәk hәrbi mәclis isә  әhalinin etnik tәrkibinә görә qurulacaq.

 

Qeyd edәk ki, YPG/PKK  terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki Hәlәbin Münbiç rayonunu  2016-cı ilin avqust ayında  ABŞ-ın dәstәyi ilә işğal etmişdi.

 

Terror təşkilatı DEAŞ-a  qarşı mübarizə bəhanəsi ilə YPG/PKK-ya dəstəyini davam etdirən ABŞ bölgә  mərkəzinin DEAŞ-dan  təmizlənməsindәn sonra  YPG/PKK-nın  rayondan çıxması  məsələsində Türkiyəyə zəmanət versә dә  bunu yerinə yetirməmişdi.

 

Xatırladaq ki, Münbiç әhalisinin 90%-ni әrәblәr tәşkil edir. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar