SON XƏBƏRLƏR

Türkiyə və Azərbaycan kimi paralel siyasət yeridən dövlətlər yoxdur

2021.10.20, 07:36
Türkiyə və Azərbaycan kimi paralel siyasət yeridən dövlətlər yoxdur

Gunaz.tv
“Türkiyə və Azərbaycan kimi paralel siyasət yeridən dövlətlər yoxdur” 4245.jpg Bu gün müəyyən mənada bir-birinə yaxınlaşmağa can atır və əməkdaşlıq edirlər. Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yer tutan və iki ölkə arasında dostluq körpüsü rolunu oynayan Naxçıvanın qardaş ölkə tərəfindən diqqət mərkəzində saxlanılması Bakı-Ankara əlaqələrində ən önəmli faktorlardan biri kimi dəyərləndirilir. Dünən redaksiyamızın qonağı olan Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov əməkdaşlarımızın istər Azərbaycan-Türkiyə, istər beynəlxalq aləmdə baş verən hadisələr, istərsə də siyasətdən kənar suallarına maraqlı cavablar verdi. Novruz Məmmədov dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın iki dövlət tapmağın mümkün olmadığını xüsusi vurğuladı. “Türk liseyləri diaspor fəaliyyətinə öz töhfələrini verirlər” Ölkələrimiz arasında bu günə kimi hər hansı bir problemin olub-olmamasına gəlincə, Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin rəhbəri: “Hərəkət olmayan yerdə irəliləyiş olmaz. Azərbaycanla Türkiyə arasında heç bir problemin olmaması mümkün deyil. Belə problemlər hər bir ailədə bacı-qardaş arasında da ola bilər. Amma bu, onları qardaşlıqdan, qohumluqdan heç vaxt məhrum etməyib və belə halları təbii qarşılamaq lazımdır”,-dedi. Türkiyənin demokratik bir dövlət olduğunu və Azərbaycanda da bu durumun yaşandığını söyləyən PA rəsmisi bundan istifadə edərək bəzi qüvvələrin iki ölkə arasında ciddi əhəmiyyət daşımayan məsələləri şişirtməyə çalışdıqlarınıı da təəssüf hissi ilə bildirdi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin iki ölkə arasında tarixi bir hadisə olduğuna diqqəti cəlb edən Novruz Məmmədov: “Ərdoğanın Naxçıvana səfəri bir neçə dövlətə mesaj idi. Çünki Naxçıvan MR Azərbaycanın ayrılmaz hissəsidir”,-dedi. Türk dövlət başçılarının zirvə görüşləri xalqlarımızı yaxınlaşdırır Türk dövlətləri başçılarının zirvə görüşlərinə toxunan Novruz Məmmədov Azərbaycanın bu zirvəyə əvvəlcədən əhəmiyyət verdiyini və buna mərhum prezident Heydər Əliyevin xüsusi diqqət yetirdiyini xatırlatdı. O qeyd etdi ki, türkdilli dövlətlər bu gün müəyyən mənada bir-birinə yaxınlaşmağa can atır və əməkdaşlıq edirlər. Lakin bu, hələ arzu edilən səviyyədə deyil. Bakıda keçirilməsi nəzərdə tutulan türkdilli dövlət başçılarının növbəti zirvə görüşünün təxirə salınmasına gəlincə, Novruz Məmmədov bunu obyektiv səbəblərlə əlaqələndirdi. O, Türkiyə və Azərbaycan prezidentlərinin bu görüşə əhəmiyyət verdiyini və onun bu il baş tutacağını qeyd etdi. Diasporlarımızın fəaliyyətinin son illərdə get-gedə genişləndirildiyini və bu sahədə müəyyən işlərin görüldüyünü söyləyən PA rəsmisi onların birgə fəaliyyətinə xidmət edən tədbirlərin keçirildiyini də öz sözlərinə əlavə etdi. Onun fikrincə, bu sahədə həyata keçirilən tədbirlər yaxın illərdə öz müsbət nəticəsini hiss etdirəcək. Diasporlarımızın birgə fəaliyyətində türk iş adamlarının açdığı məktəblərin və onlarda yetişən gənclərin mühüm rol oynadığını deyən Novruz Məmmədov bunun gələcəyimiz üçün böyük önəm daşıdığını da söylədi. O: “Bu işdə Türkiyə tərəfindən yaradılan liseylərin böyük rolu var, onlar bu prosesə öz töhfələrini verirlər, buna heç bir şübhə yoxdur”,-dedi. Novruz Məmmədov həmçinin başda Nuru Paşa olmaqla Azərbaycan xalqının qardaşlıq köməyinə gələn və bu zaman həlak olanların xatirəsinə Şəhidlər Xiyabanında abidə ucaldıldığını dedi. O bildirdi ki, həmçinin Atatürkün xatirəsinə də belə bir abidənin ucaldılması nəzərdə tutulub. “Zaman” qəzetinin iki ölkə arasında dostluq körpüsü rolunu oynadığını qeyd edən Novruz Məmmədov bu sahədə ona yeni uğurlar arzualdı. Novruz Məmmədovla daha geniş müsahibəni qəzetimizin növbəti saylarında oxucularımıza təqdim edəcəyik. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar