Türkiyə və Britaniya ortaq maraqları təsdiqlədilər

2021-04-10 09:50

Türkiyə və Böyük Britaniya bir çox vacib məsələlərlə bağlı fikirlərini bölüşür və birgə fəaliyyət bu ümumi maraqları təşviq edəcək.

Gunaz.tv Quote | Gunaz article

“Anadolu” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin, qurum rəhbərinin Böyük Britaniyaya səfərinin yekunlarına dair bəyanatında belə deyilir.

Bəyanata əsasən, səfər zamanı Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və onun britaniyalı həmkarı Ben Uolles Qara dəniz, Şərqi Aralıq dənizi, Əfqanıstan hadisələri və NATO çərçivəsində proseslər də daxil olmaqla ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müdafiə nazirləri təsdiq ediblər ki, Türkiyə və Böyük Britaniya bir çox məsələlərdə ümumi və oxşar baxışları bölüşürlər. Müdafiə nazirliklərinin rəhbərləri belə bir fikirdədirlər ki, birgə səylər ikitərəfli hüquq və maraqları, həmçinin NATO alyansının hüquq və mənafelərini qorumağa kömək edəcək.

"Müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində mümkün səylər qiymətləndirilib", - deyə məlumatda bildirilib.

Danışıqlar zamanı Hulusi Akar qeyd edib ki, Böyük Britaniya PKK terror təşkilatının fəaliyyətinin qarşısını almaq üçün bəzi addımlar atsa da, Ankara Londondan bu istiqamətdə daha fəal olmasını gözləyir.

Qurumdan bildiriblər ki, Böyük Britaniya Fətullah Gülənin (FETÖ) terror təşkilatının hələ də fəal fəaliyyət göstərdiyi ölkələrdən biridir.

Hulusi Akar səfər çərçivəsində, FETÖ ilə mübarizədə Türkiyəyə kömək etmək lazım olduğunu vurğulayaraq, Londonu bu mövzuda konkret addımlar atmağa çağırıb. (Virtualaz.org)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13

gun az article

29 ildən sonra Şuşada musiqi bayramı: Qaladan dünyaya verilən mesajlar

2021-05-13

gun az article

İran prezidentliyinə namizəd Qarabağdan danışdı

2021-05-13

gun az article

Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

2021-05-13

gun az article

Ceyhun Bayramov: "Ölkəmizə və dünyamıza sülh, sağlamlıq, bərəkət arzulayıram"

2021-05-13

gun az article

BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

2021-05-13

gun az article

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

2021-05-13

gun az article

Şuşada bayram namazı qılınıb-VİDEO

2021-05-13

gun az article

Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib-FOTO

2021-05-13

gun az article

İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Mehriban Əliyeva növbəti paylaşım edib: Şuşada atəşfəşanlıq olub

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 13 nəfər vəfat edib

2021-05-12

gun az article

Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

2021-05-12

gun az article

Prezident İlham Əliyev: “Bundan sonra biz Şuşada əbədi yaşayacağıq”

2021-05-12

gun az article

Əfqanıstan rəsmisi İranın ikibaşlı siyasətini tənqid edib: “Nala-mıxa vurmağın nəticəsi yoxdur”

2021-05-12

gun az article

Prezident və ailəsi Şuşada bərpa edilən “Xan qızı” bulağına getdi

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

2021-05-12