SON XƏBƏRLƏR

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

2021.10.20, 07:36
Türkiyədə 10 PKK terrorçusu məhv edilib

Gunaz.tv
Türkiyədə 10 PKK terrorçusu məhv edilib Türkiyənin cənub-şərqində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. Şırnak rayonu ərazisində baş verən döyüşdə 10 PKK terrorçusu məhv edilib. Qanuni kənd özünümüdafiə dəstələrinin 1 üzvü isə şəhid olub. Ərazidə əməliyyatlar davam edir. // APA ---------------------------------------------------------------------- İranda 3 PKK terrorçusu məhv edilib Türkiyənin Van bölgəsində 10 nəfər PKK terrorçusu təhlükəsizlik qüvvələrinin təqibindən qaçaraq İrana daxil olub. Terrorçulardan 3-ü İran əsgərləri ilə döyüşdə öldürülüb, digərləri isə dağlıq ərazilərə qaça bilib. Hakkari rayonu ərazisində isə hərbi maşın karvanı keçərkən mina partlayıb. Partlayış nəticəsində 8 türk əsgəri yaralanıb. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar