SON XƏBƏRLƏR

Türkiyədə AXC-nin 100 illiyi münasibətilə futbol turniri keçirilib

2021.10.20, 07:36
Türkiyədə AXC-nin 100 illiyi münasibətilə futbol turniri keçirilib

Gunaz.tv

GünAz TV: Əskişəhər azərbaycanlılar dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən mətbuata verilən məlumata görə, Tüm Sanayici İşadamları Derneği-nin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib.

 

İdman yarışına 8 komanda qoşulub.

 

Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Dərnəyin rəhbəri Cavid Aydın "100 İL" kubokunu komandaya təqdim edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar