Türkiyədə Azərbaycana böyük sevgi var

2008-06-24 20:12

"Türkiyədə Azərbaycana böyük sevgi var" Aydın Abi Aydın: "Yaradıcılq əlaqələri daha da genişlənməlidir" Elçin Qaliboğlu Bu gün Türk Dünyasının mənəvi birliyinin gərəkliyindən tez-tez danışılır. Bu sahədə əməkdaşlığın artması prosesində ilk növbədə elmi-kü

Gunaz.tv Quote | Gunaz article

"Türkiyədə Azərbaycana böyük sevgi var" Aydın Abi Aydın: "Yaradıcılq əlaqələri daha da genişlənməlidir" Elçin Qaliboğlu Bu gün Türk Dünyasının mənəvi birliyinin gərəkliyindən tez-tez danışılır. Bu sahədə əməkdaşlığın artması prosesində ilk növbədə elmi-kütləvi tədbirlər xüsusi rol oynayır. Bu yaxınlarda professor Aydın Abi Aydın Kiprdə yaradıcılıq səfərində olub. Həmçinin Azərbaycandan bir neçə nəfər bu səfərdə iştirak edib. Tədbir Azərbaycanın böyük şairi Məhəmməd Füzuüliyə həsr olunmuşdu. Lefkoşanın saylılıb-seçilən ali məktəblərindən biri olan Yaxın Şərq Universitetində düzənlənən tədbirdə A.Aydının məruzəsi maraqla qarşılanıb. A.Aydın deyir: "Mövzunun orijinallığı orasında idi ki, indiyə kimi hətta Türkiyənin özündə belə "Füzuli və Türkiyə poeziyası" məsələsi tam şəkildə araşdırılmayıb. Füzulinin Türkiyənin xalq ədəbiyyatına təsiri məsələsi isə ümumiyyətlə, diqqətdən kənarda qalıb. Xüsusilə simpoziumda çıxış mövzum olan "Füzuli və Türkiyənin satirik şairləri" iştirakçıların xüsusi marağına səbəb oldu. Əsas məqsədim o idi ki, Füzulinin bu sahədə də Türkiyə ədəbiyyatına güclü təsirini sübut edim. Dahi Füzuli zaman-zaman Türkiyənin satirik şairlərinin də diqqətini cəlb eləyib, onların da sevimlisinə çevrilib. Türkiyənin hər bir satirik şairi onun poeziya ənənələrindən öz məqsədinə uyğun yararlanıb. Təkcə bir faktı demək kifayətdir ki, satirik şair Xəlil Nihat Mustafa Füzulinin şeirlərinə 10-dan yuxarı nəzirə, təxmis yazıb. Türkiyə satirikləri öz əsərlərinə Füzulinin poetik xəzinəsindən çoxlu misralar, beytlər daxil edib, həm də bunları öz üslub xüsusiyyətləri ilə üzvi surətdə ustalıqla birləşdirmişlər. Fazil Əhmədin, Hüseyn Suadın və başqalarınının yaradıcılığında bu və başqa cəhətləri aydınca görmək mümkündür". 17-20-ci yüzillərdə Füzuli poeziyasından Türkiyə satiriklərinin bəhrələndiyini deyən A.Aydın bildirir ki, çağdaş dövrdə də belə bəhrələnmələr var. Hətta Füzulinin məşhur "Leyli və Məcnun" poemasına da satirik bənzətmə yazılıb: "Çağdaş dövrdə Kiprdə də Məhəmməd Füzuliyə böyük sevgi var". Tədbirin keçirildiyi Yaxın Şərq Universiteti barədə danışan A.Aydın deyir ki, bu tədris ocağının sahəsi Azərbaycanın bütövlükdə ali təhsil ocaqlarının sahəsindən böyükdür: "Universitetin 14 yataqxanası var. Universitetin sahəsində 110 avtobus işləyir. Bu avtobus qonaqları, müləllim və tələbələri ardıcıl olaraq müxtəlif korpuslara aparıb-gətirir. Burada 50-dən çox ölkədən gəlmiş yaradacı insanlar çalışır. Tədbiri universitetlə "Türksoy" birgə təşkil etmişdi. Tədbirə Orta Asiyanın türkdilli dövlətlərindən, Almaniya türkləri və başqaları gəlmişilər. Həmçinin tədbirə hazırda Türkiyənin müxtəlif elm ocaqlarında çalışan alimlər də qatılmışdılar". Türkiyədə və Kiprdə çağdaş elmi və ədəbi fikrin inkişafından danışan A.Aydın deyir: "Həmin universitetin kitabxanası ən müasir avadanlıqlarla təchiz edilib, 24 saat işləyir. Bu, son dərəcə yüksək göstəricidir. Bu baxımdan Türkiyədə və Kiprdə elmi potensial yüksəkdir. Dünyanın çox ölkələrindən Quzey Kiprə tələbələr gəlir, böyük həvəslə oxuyurlar. Azərbaycana bu ölkələrdə münasibət çox yüksəkdir. Biz orada Azərbaycandan gedən tələbələrlə rastaşdıq, söhbətləşdik. Hazırda o universitetdə prorektorlardan biri soydaşımız olan Fəxrəddin Sadıqlıdır. Hər halda Azərbaycanın Türkiyə və Kiprlə olan yaradıcılq əlaqələri daha da genişlənməlidir. Bunu Türk Dünyasının sabahı tələb edir". xalqcebhesi
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19