SON XƏBƏRLƏR

Türkiyədə hərbçilərin həbsi ilə bağlı etiraz aksiyaları davam edir

2021.10.20, 07:36
Türkiyədə hərbçilərin həbsi ilə bağlı etiraz aksiyaları davam edir

Gunaz.tv
Türkiyədə hərbçilərin həbsi ilə bağlı etiraz aksiyaları davam edir Azərbaycan, Bakı, 10 iyul / Trend News , müxbir S.İlhamqızı/ Türkiyənin bir qrup yüksək rütbəli sabiq hərbçiləri və ictimai xadimlərinin həbsinə etiraz olaraq bu gün ölkənin Aydın vilayətinin Quşadası bölgəsində mitinq keçirilib. Bu barədə Türkiyənin «Cihan» Xəbər Agentliyi məlumat yayıb. Atatürk meydanında keçirilən mitinqdə aksiyaçılar hakim Ədalət və İnkişaf Partiyasını dünyəvilik tərəfdarlarına qarşı təzyiq göstərməkdə ittiham ediblər. Aksiyada ABŞ əleyhinə də şüarlar səsləndirilib. «Ergenekon» adlı əməliyyatda həbs olunan və istintaqa cəlb olunan 85 nəfər dövlətə qarşı qiyam və terror aktlarının hazırlanmasında ittiham olunurlar. trend ----------------------------------------------------------------------- İspaniya Azərbaycanda səfirlik açacaq Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ. Əlizadə/ Yaxın zamanlarda Azərbaycanda İspaniya səfirliyi fəaliyyətə başlayacaq. Hazırda diplomatik missiyanın açılışı ilə bağlı texniki məsələlər müzakirə olunur. Bu xəbəri çərşənbə günü jurnalistlərə Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev xəbər verib. Səfirliyin açılışı haqqında İspaniya hökumətinin siyasi qərarı həmin ölkənin xarici işlər naziri Migel Anxel Moratinosun keçən il Azərbaycana səfəri zamanı şərh edilib. Azərbaycanda İspaniya səfirliyinin açılışı maliyyə vəsaiti məsələsi səbəbindən uzanır, bu ölkənin Maliyyə Nazirliyi hələ də Azərbaycanda diplomatik missiyanın açılışı üçün vəsait ayırmayıb. Azərbaycanın İspaniyada səfirliyi 2006-cı ildə açılıb. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar