Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05 09:35

Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir.

Gunaz.tv Quote | Gunaz article

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.


O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur.


Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq.

 

Hadisə nəticəsində 11 hərbçinin şəhid olduğunu, daha 2 nəfərin yaralandığını bildirən Hulusi Akar qeyd edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib: "Yaralıların müalicəsi davam etdirilir. Vəziyyətləri yaxşıdır".


Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb.


Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var. Hadisə martın 4-də Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Sülh müqaviləsi yanvara qədər imzalanacaq" - Erməni mediası

2021-09-18

gun az article

BBC: Azərbaycan regionda nəqliyyat infrastrukturunun ön sıralarında yer alır

2021-09-18

gun az article

Ermənistan Silahlı Qüvvələrinin iki idarə rəisi işdən çıxarılıb

2021-09-13

gun az article

"Taliban" Pəncşiri tam nəzarət altına aldı

2021-09-06

gun az article

Brayza: "Azərbaycan infrastruktur layihələrinin tikintisinə maliyyə resursları cəlb etməkdə qətiyyətlidir"

2021-09-02

gun az article

Daşnaklar Xankəndidə ofis açdı

2021-09-02

gun az article

“Əfqanıstanın Bağlan əyalətində 300 “Taliban”çı öldürülüb”-KİV

2021-08-23

gun az article

Pakistan Əfqanıstanla sərhəddəki nəzarət-keçid məntəqəsini açıb

2021-08-18

gun az article

ABŞ və Rusiya xarici işlər nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

2021-08-16

gun az article

Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır-KİV

2021-08-14

gun az article

Casusluqda ittiham olunan ermənilərin məhkəməsi davam etdiriləcək

2021-07-26

gun az article

CNN: Bayden və Putin İsveçrədə görüşəcək

2021-05-25

gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27