SON XƏBƏRLƏR

Türkiyədə missionerliklə bağlı araşdırmalara başlandı

2021.10.20, 07:36
Türkiyədə missionerliklə bağlı araşdırmalara başlandı

Gunaz.tv
Türkiyədə missionerliklə bağlı araşdırmalara başlandı Türkiyə Milli İstihbarat Təşkilatı bu ölkədə missionerliyin yayılması və bu prosesdə xüsusi fəallıq göstərən dairələrlə bağlı araşdırma aparıb. Təşkilatın Nazirlər Kabinetinə təqdim etdiyi raporda bildirilir ki, Amerika Missionerlər Komissarlığının Türkiyə sözçüsünün Səhiyyə və Təhsil Vəqfi ilə Çağdaş Təhsil Vəqfi olduğu, bir sıra yazıçıların, mətbuat nümayəndələrinin də bu şəbəkəyə qoşulduğu məlum olub. Bundan başqa araşdırmlar zamanı İstanbul, İzmir və Tarsusda missionerlik məktəblərinin fəaliyyət göstərdiyi, eləcə də Sev Mətbəəçilik və Kitabi Müqəddəs və Yayınçılık Təhsil Ticarət Attaşesinin də eyni şəbəkəyə aid olduğu üzə çıxıb. MİT-in Nazirlər Kabinetinə təqdim etdiyi raporda 332 kilsə, 7 dərgi, 49 vəqf, 3 çap evi, 7 radio, 7 şirkət, 7 qəzet və 44 dərnəyin missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilir. Araşdırmalar zamanı missionerin əsas hədəfinin Türkiyədə yaşayan ələvi və kürdlər olduğu da üzə çıxıb.("OLAYLAR"İA) -------------------------------------------------------------------- Ermənistanla sərhəd ərazinin yandırılması Dəymiş zərər müəyyənləşdirilib Ağstafanın Ermənistanla həmsərhəd Köhnəqışlaq kəndində ermənilər tərəfindən törədilən yanğının qarşısı alınıb. Rayon İcra Hakimyyətindən "OLAYLAR"a bildiriblər ki, araşdırma zamanı 50 hektar otlaq sahəsinin yanğından ziyan çəkdiyi bəlli olub. Həmçinin yanğın meşə zolağına da zərər vurub. Hazırda ərazi nəzarətdədir. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar