GünAz TV: Türkiyədə hərbçiləri daşıyan avtobus partladılıb.
Hadisə Kayseri şəhərində baş verib.
Yerli vaxtla saat 08:45 radələrində Erciyes Universiteti şəhərciyinin yaxınlığında içərisində mülki geyimli hərbçilərin olduğu avtobusa bomba ilə yüklənmiş avtomobil çırpılıb.
Hadisə nəticəsində 13 nəfər ölüb, 55 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən həftə İstanbulda törədilən terror hadisəsi nəticəsində isə 44 nəfər şəhid olmuşdu.
Kayseri valisi Süleyman Kamçı və vilayət polis rəisi İbrahim Kulular artıq terror aktının baş verdiyi yerdədir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Fikri İşıq, səhiyyə naziri Rəcəp Akdağ, Şəhərcilik naziri Mehmet Özhaseski hadisə yerinə yola düşüblər.
N.S