Türkiyə polisinin 12 əyalətdə eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində 72 iranlı qaçaqçı tutuqlanıb.
Gunaz.tv
“Azadlıq radiosu”nun fars bölümü “radio Fərda”nın bu gün yanvarın 24-də verdiyi xəbərə görə, Türkiyə prokrorluğunun 94 iranlı haqqında çıxardığı tutuqlama əmrində adı olan 22 nəfərin axtarışı davam edir. İranlı qaçaqçıların çoxunluğu İstanbul şəhərində saxlanılıb.
Saxlanılanlar minlərlə Əfqanistan, Pakistan, Banqladeş, İraq və Suriya qaçqınlarının Türkiyəyə, oradan isə Avropaya qaçaq yollarla keçirilməsində günahlandırılırlar.
İranlı insan qaçaqçılarının Türkiyəyə keçirdikləri müxtəlif ölkələrdən olan 1477 nəfərində əməliyyat zamanı nəzarət altına alındığı bildirilir.
C.E