SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ ORDU GENERALLARINA “TERRORÇU” DAMĞASI

2021.10.20, 07:36
TÜRKİYƏDƏ ORDU GENERALLARINA “TERRORÇU” DAMĞASI

Gunaz.tv
TÜRKİYƏDƏ ORDU GENERALLARINA “TERRORÇU” DAMĞASI Məhkəmə Xurşud Tolonun və Şener Eruyğurun barəsində həbs qərarı çıxardı 17.jpg Türkiyədə iki gündür İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən dindirilən istefada olan ordu generalları Şener Eruyğur və Xurşud Tolonun barəsində iki aylıq həbs qərarı çıxarılıb. Yerli mətbuatın xəbərlərinə görə, generalların məhkəmədə dindirilməsi gecə saatlarına qədər davam edib. Nəhayət, məhkəmə prokurorun onların barəsində göstərdiyi dəlilləri haqlı sayaraq generalları “terror təşkilatı qurmaq və ona başçılıq etmək” ittihamı ilə həbs etməyi qərara alıb. Xatırladaq ki, Eruyğur və Tolon da daxil olmaqla Atatürkçü və milliyətçi kəsimə daxil olan 21 tanınmış şəxs iyulun 1-də keçirilən əməliyyatlar zamanı saxlanılmışdı. Generalların zor tətbiq edərək hökuməti ortadan qaldırmaq və ya vəzifələrini yerinə yetirməyi əngəlləməkdə təşəbbüs etməkdə də ittiham edirlər. Bununla da “Ergenekon” işi ilə bağlı hazırda həbsdə olanların sayı 58-ə çatıb. Xatırladaq ki, məhkəmə bir gün əvvəl Ankara Ticarət Dərnəyinin başqanı Sinan Aygünün də barəsində həbs qərarı çıxarmışdı. CNN Türk kanalının məlumatında deyilir ki, generalların vəkilləri məhkəmənin çıxardığı qərara etiraz edəcəklərini deyiblər. Dindirmələr zamanı genrallar onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. General Tolonun vəkili Meriç Turan deyib ki, onun müdafiə etdiyi şəxsin 67 yaşı var və heç yerə qaçmağa hazırlaşmırdı. Üstəlik onun qan təzyiqi var, buna baxmayaraq, onun barəsində həbs qərarı çıxarılıb. Vəkil deyib ki, Tolonun dindirilməsi zamanı prosessual qaydalar da pozulub. Eruyğurun vəkili Filiz Esen isə deyib ki, onun müdafiə etdiyi şəxs uzun müddət vətənə sədaqətlə xidmət edib, PKK terroruna qarşı canını sipər edib, buna baxmayaraq, əsassız ittihamlarla həbs olunub. Vəkil qərarla bağlı ən qısa zamanda yuxarı məhkəməyə etiraz təqdim edəcəklərini də açıqlayıb. Xatırladaq ki, “Ergenekon” istintaqı il yarımdır davam etsə də, tutulanlara qarşı bu vaxta qədər rəsmi ittiham irəli sürülməyib. Bu da həbslərin siyasi motivli olması və AKP iqtidarının Atatürkçü çevrələrdən və silahlı qüvvələrdən qisas almaq cəhdləri olması haqda şübhələri artırır. Məlumatlara görə, ölkədə “Ergenekon” adlı terror təşkilatının fəaliyyətini silahlı qüvvələrin Baş Qərargahı təsdiqləmir. Həbs edilənlərin hamısı AKP hökumətinə qarşı müxtəlif formada etiraz edənlər, hökuməti tənqid edənlər və ya ona qarşı mitinqlər təşkil edənlərdir. Onlara polisdəki dindirmə zamanı siyasi xarakterli suallar, o cümlədən nədən AKP hökumətini tənqid etmələri haqda suallar verilib. “Ergenekon”la bağlı digər məlumata görə, bu işlə bağlı həbs edilənlərdən biri ölüb. O, bir neçə ay əvvəl terror təşkilatına üzv olmaq şübhəsi ilə həbs edilən iş adamı Kuddusi Okkirdir. Okkir bir neçə gün əvvəl ölüm ayağında olduğuna görə həbsdən buraxılmışdı. İş adamının xərçəngdən əziyyət çəkdiyi bildirilir. İyulun 1-də həbs edilənlərdən tanınmış yazar, “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Balbay isə ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Məlum olub ki, Balbaya polisdəki dindirmə zamanı Atatürkçü Düşüncə Dərnəyinin başqanı, istefada olan ordu generalı Şener Eruyğurla görüşünün gizli videolenti göstərilib. Həmin videolentdə jurnalist generala “Cümhuriyyət” qəzetinin 100 min lirəyə ehtiyacının olduğunu deyir. Balbay isə bu məsələ ilə bağlı verdiyi izahatda göstərib ki, söhbət zamanı heç kimdən qəzetə yardım istəməyib, sadəcə, onu demək istəyib ki, kifayət qədər maliyyə imkanları olan dinçi qəzetlər oxuculara havayı paylandığı halda cümhuriyyət dəyərlərini müdafiə edən qəzet maliyyə sıxıntısı çəkir. Balbay həbsdən çıxdıqdan sonra deyib ki, onu terrorda şübhəli sayaraq həbs etdiklərinə görə mənəvi yara alıb. Çünki vaxtilə terror nəticəsində həyatını itirən Uğur Mumcunun köşəsinin yerində yazır və hər cür terrora qarşı olmağı ondan öyrənib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar