SON XƏBƏRLƏR

Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb

2021.10.20, 07:36
Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb

Gunaz.tv
Türkiyədə Qarabağ qazisinə aid olduğu güman edilən cəsəd tapılıb cesed.jpg Türkiyənin Tekirdağ şəhərinin Çərkəzköy qəsəbəsində torpağa basdırılmış kişi cəsədi tapılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cəsədi qoyun otaran azyaşlı uşaqlar tapıb. Odun parçası ilə torpağı qazan uşaqlar cəsədlə qarşılaşıblar və dərhal bu barədə ailələrinə xəbər veriblər. Valideynlər isə olayla bağlı jandarmanı məlumatlandırıblar. Hadisə yerində aparılan araşdırma nəticəsində paltarlı şəkildə torpağa basdırılmış və yarısı çürümüş cəsəd Çərkəzköy Dövlət Xəstəxanasına aparılıb. Hazırda cəsədin kimə məxsus olması araşdırılır. Güman olunur ki, bu, 8 oktyabr 2007-ci ildə Azərbaycandan Çərkəzköyə gedən və bir gün sonra itkin düşən Qarabağ qazisi Mahir Əhmədovun cəsədidir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar