SON XƏBƏRLƏR

Türkiyədə sarsıdıcı həbslər

2021.10.20, 07:36
Türkiyədə sarsıdıcı həbslər

Gunaz.tv
Türkiyədə sarsıdıcı həbslər generallar-1.gif “Ergenekon” əməliyyatı çərçivəsində daha 2 general, Ankara Ticarət Palatasının sədri və məşhur jurnalist tutuldu Bu gün Türkiyədə gözlənilməz həbslər həyata keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həbslər bir müddət əvvəl gözaltına alınan ordu generalı Vəli Küçük Paşaya bağlı olduğu bildirilən “Ergenekon” adlı qeyri-leqal təşkilatla bağlı bir neçə aydır aparılan istintaq çərçivəsində gerçəkləşdirilib. Türkiyə vaxtı ilə səhər saat 07:00-da başladılan və eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində Jandarma Qüvvələrinin keçmiş komandanı, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şənər Əruyğur, 1-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon, Ankara Ticarət Odasının (Palata) sədri Sinan Aygün, “Cumhuriyet” qəzetinin əməkdaşı, tanınmış jurnalist Mustafa Balbay və daha 17 nəfər bu gün səhər saatlarında həbs olunub. Bu dəqiqələrdə həbs olunanların hamısının evlərində və ofislərində axtarış aparılır. Saxlanılan bu şəxslərin bir qədər sonra İstanbula aparılacaqları gözlənilir. Adı çəkilən şəxslər Türkiyənin mövcud hökumətinə qarşı müxalif mövqeləri ilə tanınırlar. Atatürkçü Düşüncə Dərnəyi məşhur cümhuriyyət mitinqlərinin əsas təşkilatçısı olub. Xatırladaq ki, indiyə qədər “Ergenekon” əməliyyatı çərçivəsində 49 nəfər saxlanılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar