SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ SİYASİ İSLAM YÜKSƏLİŞDƏ.Pentaqon bu fikrin üstündədir, amma kamalizmin də meydanda bərk dayandığı diqqətə alınır

2021.10.20, 07:36
TÜRKİYƏDƏ SİYASİ İSLAM YÜKSƏLİŞDƏ.Pentaqon bu fikrin üstündədir, amma kamalizmin də meydanda bərk dayandığı diqqətə alınır

Gunaz.tv
TÜRKİYƏDƏ SİYASİ İSLAM YÜKSƏLİŞDƏ Pentaqon bu fikrin üstündədir, amma kamalizmin də meydanda bərk dayandığı diqqətə alınır İ.UMUDLU Türkiyədə siyasiləşmiş islam yüksəliş yolundadır - Pentaqonun Siyasi İşlərdən məsul müdafiə müstəşarlığı tərəfindən verilən sifariş əsasında "RAND Corroration" adlı araşdırma qurumunun hazırlamış olduğu hesabatda belə bir fikrin üstünə gəlinir. Xatırladaq ki, Pentaqonda sözügedən müstəşarlığa hazırda ABŞ-ın Türkiyədəki sabiq səfiri Erik Edelman başçılıq edir və bu mənada Türkiyəni bilən və tanıyan adamların gəldikləri bu nəticələrə etibar etməmək olmur. Bu qardaş və Azərbaycana ciddi dayaq bildiyimiz ölkədə baş verən mürəkkəb proseslərə biganə qalmaq olmur. Lakin baş verən proseslərin gerçək mahiyyətini görmək və anlamaq bəzən çətinləşir. "Türkiyədə siyasiləşmiş islamın yüksəlişi" adlı bu hesabat isə bəzi məqamlara işıq sala bilir. Sənədi Angel Rabasa və F.Stefen Larrabi adlı türkoloq mütəxəssislər imzalamışlar. Pentaqonu narahat edən məqam onun önəmli müttəfiqi olan bu ölkədə islam təmayüllü siyasi və sosial gəlişmələr, qarşıdakı 10 il üçün ehtimali ssenarilər və bunların ABŞ-a nə kimi təsir göstərə biləcəyidir. Gəlinən ümumi fikirlərdən bəziləri: "türklərin çox böyük çoxluğu dindar olsa da, şəriət dövlətinə qarşı çıxır", "əhalinin yarıdan çoxu AB üzvlüyünə dəstək verir", "AKP-nin qapadılması çox az şeyi çözəcək və böhranı daha da dərinləşdirəcək". Qərbli mütəxəssislərin gözündə AKP öz sələfləri olan dinçi Rifah və Fəzilət partiyalarından fərqlənir, çünki digər dinlərə aid azlıqları da əhatə edən islahatlar apardı. RAND-ın hesabatında 4 ssenari nəzərdə tutulur: AKP mülayim bir mövqe tutaraq AB yolunu izləyəcək, gizli və ehtiyatlı üsulla islamlaşma baş verəcək, AKP qapadılacaq, hərbi çevriliş. Hesab edilir ki, AKP qapadılmayaraq hakimiyyətdə qalarsa, "daha diqqətli" davranacaq, "davakar islami gündəm" yolunu tutmayacaq. AKP çevrələrinin son hadisələrin işığında izlədikləri xətti-hərəkəti nəzərə alsaq, bu fikirlə razılaşmaq olar. Qərbdə bir çox analitiklər AKP-nin "türban addımı"nı strateji xəta kimi qiymətləndirirlər. Ordunun işə qarışması ehtimalı bu şəkildə qiymətləndirilir ki, iki variant mövcuddur: "yumşaq çevriliş" və "siyasətə birbaşa müdaxilə". AKP iqtidarda qalarsa və islami gündəmi daha da sərtləşdirərsə, "birbaşa müdaxilə" ordu rəhbərliyinin dəyərləndirdiyi variantlardan biri, amma sonuncu variant olacaq. Başqa sözlə, bütün digər variantlar işə yaramadıqda generallar bu addımı atacaqlar. Bir məqama da diqqət yetirilir: Türkiyədə Osmanlı dönəmindən bəri islam və qərbləşmə yanaşı gedib, cəmiyyətdə bu iki xətti uzlaşdırmağa çalışmanın bir ənənəsi var, bu mənada Türkiyə digər islam ölkələrindən kəskin şəkildə fərqlənir. Bu isə ölkənin şiddətli daxili çarpışmalarından qoruna biləcəyi ehtimalını artıran faktordur. Bu amerikalı mütəxəssislər kamalizmin bir siyasi cərəyan olaraq hələ də həyatda olduğunu vurğulamağı da unutmurlar. Amma belə bir xüsusata da diqqət yetirilir ki, əgər keçmişdə layiqlik, qərbləşmək, Avropaya qovuşmaq xəttini kamalistlər yürüdürdülərsə, bu gün islami çalara malik AKP bu xətti daha intensivliklə yürütməkdədir. Amma Türkiyəyə Avropadan rədd cavabı verilərsə, onda ölkə daxilində bu xəttə qarşı çıxan çevrələr qüvvətlənəcək. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar