Türkiyədə təqaüddə olan 103 admiralın bəyanatı etirazla qarşılandı: Prokurorluq araşdırmalara başladı

2021-04-04 13:37

Türkiyə Silahlı qüvvələrinin təqaüddə olan 103 admiralının dünən gecə “Montrö Boğazları Sazişi” ilə əlaqədar yayınladığı bəyanata sərt reaksiya verilib.

Gunaz.tv Quote | Gunaz article

Türkiyə  Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırma başladıb.

 

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay özünün “Twitter” səhifəsində bildirib ki, dövlət çevrilişinə cəhdi andıran bu cür bəyanatlara görə hər bir halda cavab veriləcək.

F. Oktay qeyd edib ki, millətimizin iradəsini və Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyini həzm edə bilməyən çevriliş həvəskarları demokratik qurumları, seçilənləri və Türk Silahlı Qüvvələrini tənzimləmək cəsarətinə gəliblər: “Həddinizi bilin”.


R.T.Ərdoğanın sözüçüsü İbrahim Qalın “Twitter” səhifəsində  yazıb ki, bir qrup hərbçinin çevriliş cəhdləri çağırışları onları gülünc vəziyyətə salıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop isə vurğulayıb ki, düşüncələri ifadə etməklə dövlət çevrilişinə cəhd üçün çağırışlar başqa məsələlərdir.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu özünün “Twitter” səhifəsindən paylaşdığı açıqlamada  bildirib ki, hərbi formanı daşımaq şərəf, təqaüddən sonra isə  bu şərəfi daşımaq daha böyük şərəfdir: “Demokratiyaya, dövlətə və millətə sadiq olan, geyim formasını siyasi material halına gətirməyənləri həmişə minnətdarlıqla xatırlayırıq”.

 

Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun isə 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdini xatırladaraq bildirib ki,  15 iyula 103 gün qalmış 103 hərbçinin belə bir mesaj verməsi təsadüf deyil: “Bu torpaqlarda son sözü sevgili millətimiz deyir. Bu millət 15 iyulda çevriliş həvəslilərinə necə dərs verdiyini dosta və düşmənə göstərdi”.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da məsələyə sərt reaksiya verib: “Heç kimin şübhəsi olmasın. Qəyyumluq müddəti bitdi! Biz buradayıq! Hodri meydan!”.

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bəyanatda imzası olan admiralların rütbələri çıxarılmalıdır.

 

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. 

Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək  hüququ verir. 

Aralarında Türker Ertürk, Deniz Cora kimi Türkiyə ictimaiyyətində tanınmış keçmiş hərbi dəniz donanması komandirlərinin yer alan 103 istefada olan hərbçi yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsilə əlaqədar etiraz əksini tapıb. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16

gun az article

Belaruslu politoloq: "Minsk qrupunun mexanizmləri işləmir"

2021-04-16

gun az article

Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

2021-04-16