SON XƏBƏRLƏR

Türkiyədə terrorçularla hərbçilər arasında növbəti atışma baş verib

2021.10.20, 07:36
Türkiyədə terrorçularla hərbçilər arasında növbəti atışma baş verib

Gunaz.tv
Türkiyədə terrorçularla hərbçilər arasında növbəti atışma baş verib 20080712131904_1.jpg Türkiyənin Bingöl vilayətinin Genç rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. CNN Türkün verdiyi məlumata görə, Genç rayonu Gerçekli kəndinin sakini odun yığmağa gedərkən PKK terrorçularının döşədiyi minaya düşərək həlak olub. Həlak olmuş vətəndaşın cəsədini götürməyə gedən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib. Atışma nəticəsində iki kənd gözətçisi (PKK-dan qorunmaq üçün kəndlərdə yaradılan könüllü dəstə üzvləri) yaralanıb. Yaralılar helikopterlə hərbi hosbitala çatdırılıblar. Hazırda terrorçuların ələ keçirilməsi üçün ərazidə hərbi əməliyyatlar davam edir. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar