Türkiyədə yaşayan güney azərbaycanlılar: Azərbaycan dövləti və ordusunun yanındayıq - VİDEO

2020-07-17 23:56

Ankarada yaşayan bir qrup güney azərbaycanlı milli fəal dəstəklərini bildirmək üçün Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət ediblər.

Gunaz.tv Quote | Gunaz article

Milli fəallar iyulun 16-da Azərbaycan səfirliyinə gedərək güney azərbaycanlıların hər bir şəraitdə Azərbaycan milləti, dövləti və ordusunun yanında olduğunu bildiriblər.

 

 

Milli fəal Məhsa Mehdili iştirakçılar tərəfindən müraciət bəyanatını oxuyub. Bəyanatda iştirakçıların güney azərbaycanlı milli fəalları təmsil edərək səfirliyə müraciət etdikləri vurğulanaraq deyilir: “Müraciətimizin səbəbi uzun zamandır Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın son günlərdə Azərbaycan torpaqlarına təkrar hücuma keçməsinə qarşı millətimiz və dövlətimizə dəstəyimizi bildirməkdir.”

 

 

Bəyanatda həmçinin Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlarda cəsarətlə döyüşərək canlarını fəda edən şəhidlərin xatirəsi hörmətlə yad edilib, ailələri başda olmaqla bütöv Azərbaycan millətinə baş sağlığı verilib.

 

 

“Ermənistanın vəhşiliyinə qarsı maddi və mənəvi olaraq Azərbaycan milləti ,dövləti və ordusunun yanındayıq. Vətənimiz Azərbaycanın haqlarının müdafiəçisi və davaçısı olduğumuzu bildiririk. Türkiyədə yaşayan güney azərbaycanlılar olaraq Türk dövləti və millətinə Azərbaycana verdiyi qardaşca dəstəyindən dolayı dərin şükranlarımızı bildiririk,” deyə bəyanatda qeyd olunub.

 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24