SON XƏBƏRLƏR

Türkiyədə Yaşıllar Partiyası qurulur

2021.10.20, 07:36
Türkiyədə Yaşıllar Partiyası qurulur

Gunaz.tv
Türkiyədə Yaşıllar Partiyası qurulur Türkiyədə sayca 57-ci siyasi partiya olacaq Yaşıllar Partiyası rəsmən qeydiyyata alınmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Təsisçilər Şurasının 40 üzvü olan Türkiyə Yaşıllar Partiyasının emblemi günəbaxan çiçəyidir. Şüra üzvləri DİN-ə müraciəti əllərində çiçək dəstələri tutaraq təqdim ediblər. TYP-nin həmsədrləri Bilgə Contəpə və Ymid Şahinin dediyinə görə, Türkiyədə demokratiya və siyasətin önü tıxanıb: "Biz alternativ yaşıl yaşam siyasəti ilə yeni siyasi seçim imkanı yaradırıq". 6 ildən bəri təşkilatlanma hazırlığında olan Yaşıllar Partiyası savaşa və nüvə enerжisinə qarşı yönəlmiş siyasət yürüdəcək, ekologiya və ətraf mühitin qorunması istiqamətində mübarizələri dəstəkləyəcək. Yzvlərinin 50%-nin qadınlardan ibarət olmasıyla bağlı kvotanı tətbiq edəcək TYP-də ənənəvi sədr postu olmayacaq, təşkilat həmsədrlər tərəfindən idarə olunacaq. express ---------------------------------------------------------------------- QARABAĞ MÜNAQİŞƏSİNDƏ ARALIQ RAZILAŞMA VAR? ATƏT Parlament Assambleyasının prezidenti hələ də “qızıl imkan”dan bəhs edir 2325.jpg Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həllinə dair aralıq razılaşma əldə olunub. Bu haqda ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker bildirib. Xatırladaq ki, Lenmarker assambleyanın Astanada keçirilən sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir. “Regnum” agentliyinin məlumatına görə, sessiyada çıxışı zamanı aralıq razılaşmanın nədən ibarət olduğunu açıqlamayan Lenmarker deyib ki, bu anlaşma münaqişənin həllinə və qarşıduran tərəflər arasında münasibətlərə müsbət təsir göstərə bilər. “Mən dörd ildən artıq ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində cəhdlərinə dəstək verməklə məşğul olmuşam. Hesab edirəm ki, münaqişənin nizamlanması üçün qızıl imkan qalır. Mən belə bir ”qızıl imkan"ın olduğunu görürdüm, amma təəssüf ki, hələlik bu imkan sülh sazişinin imzalanması ilə nəticələnməyib". Lenmarker deyib ki, hazırda hər iki ölkə üçün vəziyyəti dəyişmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün gözəl şansı var. Əgər Azərbaycan və Ermənistanın siyasi iradəsi olsa, saziş imzalamaq mümkündür: “Geriyə deyil, gələcəyə baxmaq vacibdir. Regionda yeni müharibə mümkün deyil, bu barədə düşünmək belə istəmirəm və bu təhlükədən qaçmaq lazımdır”. Qeyd edək ki, Lenmarker Qarabağ danışıqları ilə birbaşa məşğul olmasa da, prosesin gedişinə dair həmsədrlərdən müntəzəm məlumatlar alır. O, əvvəl də optimist bəyanatlar verib, münaqişənin həlli üçün “qızıl imkan” yarandığı haqda ifadə də ona məxsusdur. Hətta Lenmarker 2006-cı ildə tərəflər arasında sülh razılaşmasının imzalana biləcəyi müddəti də göstərmişdi. Lakin göründüyü kimi, onun optimist bəyanatları doğrulmayıb. Bu, iki səbəbdən baş verə bilərdi: ya tərəflərdən hansısa biri kompromislərə hazır olduğu haqda imitasiya yaradaraq vasitəçiləri ruhlandırıb, ya da tərəflər son anda hansısa məsələ ilə bağlı razılaşmadan qaçaraq sülh sazişinin baş tutmasına olan ümidləri pozublar. Bəs belə olan halda Lenmarker Ermənistanla Azərbaycan arasında hansı “aralıq razılaşmadan” söhbət aça bilər? ATƏT Parlament Assambleyasının prezidentinin bu sözləri erməni KİV-lərində də təəccüblə qarşılanıb. Ermənistan KİV-ləri qeyd edirlər ki, söhbət çox güman ki, danışıqları hazırda masa üzərində olan Madrid sənədi əsasında aparmaq barədə tərəflər arasında əldə edilmiş razılaşmadan gedir. Həmçinin ehtimal olunur ki, tərəflər hərbi əməliyyatlara başlamamaq haqda öhdəlik götürüblər. Madrid sənədi münaqişənin həllinin mərhələlərlə həllini nəzərdə tutur. Bu sənədə görə, əvvəlcə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün səsvermənin vaxtı müəyyən edilir, daha sonra ətraf rayonların boşaldılması prosesi başlayır. Siyasət şöbəsi musavagt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar