SON XƏBƏRLƏR

Türkiyədə zirehli avtomobilə raket zərbəsi endirilib - İran sərhədində

2021.10.20, 07:36
Türkiyədə zirehli avtomobilə raket zərbəsi endirilib - İran sərhədində

Gunaz.tv

GünAz TV: Gürbulaq Gömrük İdarəsinin bir əməkdaşı raket hücumu nəticəsində həyatını itirib.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Hadisə Ağrı vilayətində baş verib.

 

Gürbulaq sərhəd-gömrük məntəqəsinin yaxınlığında yerləşən “TIR” parkında zirehli avtomobilə raket zərbəsi endirilib. Hadisə nəticəsində Gürbulaq Gömrük İdarəsinin bir əməkdaşı raket hücumu nəticəsində həyatını itirib, xəsarət alanlar var.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Təhlükəsizlik səbəbi ilə Türkiyə-İran sərhədinə gedən yol qapadılıb.

 

Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar