SON XƏBƏRLƏR

Türkiyədən Amerikaya

2021.10.20, 07:36
Türkiyədən Amerikaya

Gunaz.tv
Türkiyədən Amerikaya "qırmızı işıq" ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizə buraxılmır Prezident Corc Buş ABŞ HDQ-yə Gürcüstana humanitar yük daşımağı tapşırmaqda tələsib. Belə ki, bu, Türkiyə ilə razılaşdırılmayıb. Bu barədə Amerika KİV-ləri xəbər yayıb. Montre sazişinə əsasən, Ankaranın razılığı olmadan ABŞ HDQ-nin gəmiləri Bosfor və Dardanel boğazlarını keçib Qara dənizə girə bilməz. Dünənə kimi Türkiyə hökumətinin buna razılıq verməsi barədə bir xəbər yox idi. Qeyd edək ki, indiyədək Türkiyə ABŞ hərbi gəmilərinin Qara dənizə girməsinə imkan verməyib. Belə ki, Ankara Moskva ilə münasibətlərinə əlavə problem yaratmaq istəmir. express ---------------------------------------------------------------------- Rus qoşunları talançılıqla məşğuldur Buş Gürcüstanı tək qoymadı, Medvedyev isə separatçılara tam dəstək verdi "Rusiya münaqişənin nizamlanması ilə bağlı müqaviləyə tam riayət etməli, qoşunlarını Gürcüstan ərazisindən çıxarmalıdır. Moskva onu da anlamalıdır ki, rus hərbçilərinin Gürcüstana yeridilməsi Qərbdə Rusiyaya olan etibarı azaldıb. Halbuki münasibətlərin korlanması nə bizə, nə də Moskvaya gərəkdir. Bütün dünya bilməlidir ki, biz Gürcüstanı tək qoymayacağıq". ABŞ prezidenti Corc Buş dünən CNN telekanalının birbaşa efirində bildirib ki, Rusiya onun beynəlxalq təcridi ilə nəticələnəcək siyasətini davam etdirib-etdirməməyə özü qərar verməlidir: "ABŞ, Avropa və başqa ölkələrlə münasibətləri normallaşdırmaq üçün Rusiya qonşularının azadlığına sayğı ilə yanaşmağı öyrənməlidir. Rusiya azadlıq və demokratiyanın yayılmasını özünə təhlükə sayır. Halbuki hər şey tərsinədir". Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays isə dünən "dəstək səfəri" ilə Tiflisə yollanıb. Gürcüstan Dövlət Dəftərxanasında prezident Mixail Saakaşvili ilə görüşən Rays bildirib ki, indi ən ümdə məsələ Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasıdır. Tiflisə gəlməzdən əvvəl Parisdə olan Rays Fransa prezidenti Nikolya Sarkozi ilə birlikdə Cənubi Osetiya münaqişəsi zonasında atəşkəs barədə saziş layihəsini müzakirə ediblər. Rays özü ilə Tiflisə həmin layihəni də gətirib. Saakaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ-ın dövlət katibi deyib: "Rusiya qoşunlarının çıxarılması və status-kvonun bərpası Gürcüstan üçün mühüm uğur olardı. Fransızların əldə etdikləri razılaşmaların təfsilatlarını cənab Saakaşvili ilə müzakirə etdik. Biz heç vaxt Gürcüstandan xahiş etmərik ki, onun maraqlarına cavab verməyən hansısa sənədi imzalasın. İndi söhbət Cənubi Osetiya və ya Abxaziyanın gələcəyindən yox, rusiyalı hərbçilərin gedişinə nail olmaqdan gedir". Gürcüstandakı situasiyanın nizamlanmasına ABŞ və Fransanın ardınca Almaniya da qoşulub. AFR kansleri Angela Merkel dünən Soçiyə yollanaraq orada Rusiya prezidenti Dmitri Medvedyevlə danışıqlar aparıb. Danışıqların əsas mövzusu Cənubi Osetiya münaqişəsinin Cənubi Qafqazda yaratdığı humanitar böhrandır. Merkel bildirib ki, Sarkozinin təklif etdiyi, Rusiya və Gürcüstan rəhbərliyi, habelə Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin liderlərinin qəbul etdiyi planı dəstəkləyir. Rəsmi Berlin Rusiyanın Gürcüstana qoşun yeritməsini pisləyərək "Qafqazdakı böhranı hərbi yolla çözmək olmaz" desə də, ABŞ və Şərqi Avropa ölkələri ilə müqayisədə daha yumşaq mövqe tutub. Bununla belə, dünənki görüşdən sonrakı mətbuat konfransında Merkel bir daha bildirib ki, Abxaziya və Cənubi Osetiyanın status məsələsi Gürcüstanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. RF prezidenti Dmitri Medvedyev cavabında deyib: "Bu respublikaların statuslarını hansısa dövlətlər və təşkilatlar yox, onların xalqları müəyyən etməlidir. Rusiya da Qafqazda təhlükəsizliyin qarantı kimi bu qərarla razılaşacaq. Abxaziya və Cənubi Osetiya xalqlarının müəyyənləşdirdikləri statusu isə Rusiyanın sülhməramlı qüvvələri təmin edərək qoruyacaqlar". Merkel bu gün Tiflisə gələcək. Hərbi əməliyyatlar səngiyəndən sonra itkilər, qaçqınlar və ələ keçirilən silahlar sayılmağa başlayıb. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarının nümayəndəsi Ron Redmondun dediyinə görə, Cənubi Osetiyanı 118 mindən artıq insan tərk edib. Rusiyanın Gürcüstan ərazilərini bombalaması isə 73 min gürcünün evlərindən dərbədər düşməsinə səbəb olub. Onların əksəriyyəti Qori şəhərinin sakinləridir. Rusiya hərbçilərin davranışı osetin separatçılarını həddən ziyadə cürətləndirib. Sxinvalidəki separatçı rejimin lideri Eduard Kokoytı "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib ki, əvvəllər Cənubi Osetiyadakı Tamaraşeni kəndi kimi anklavlarda yaşamış gürcü qaçqınlara geriyə dönməyə imkan verilməyəcək: "Bu, ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlıdır. Sonra da ki, Gürcüstanı tərk etmiş 18 min osetin qaçqını yerləşdirməyə kəndlər gərəkdir. Cənubi Osetiyadakı gürcü kəndləri faktiki olaraq məhv edilib. Biz orada hər şeyi yerlə bir etmişik. Gürcü kəndlərində təmizləmələrə başlayanda orada yerli sakinlər qalmamışdı. Onların bir hissəsi əvvəlcədən getmiş, bir hissəsini də Tiflis evakuasiya etmişdi". *** Gürcüstan prezidenti Mixail Saakaşvili isə ailəsini Ukraynaya göndərib. Saakaşvilinin xanımı Sandra Rulofs Tiflisdən Ukrayna prezidenti Viktor Yuşşenko ilə birlikdə Krıma uçub. S.Rulofs iki övladı ilə birlikdə Ukrayna prezidentinin Krımdakı iqamətgahında qalacaq. Bu iqamətgahda əvvəllər Ukrayna SSR KP MK-nın birinci katibi Vladimir Şerbitski, SSRİ-nin xarici işlər naziri Andrey Qromıko və Ukraynanın ikinci prezidenti Leonid Kuçma yaşayıblar. Gürcüstanda müharibə getdiyi günlərdə Saakaşvili xanımını olimpiya oyunlarında iştirak edən gürcü idmançılarına dəstək vermək üçün Pekinə göndərmişdi. Onların övladları isə həmin vaxtda Ukraynada - Yuşşenkonun xanımı Katerinanın himayəsində idilər. S.Rulofs Pekindən Kiyevə getmiş, oradan isə Ukrayna, Polşa və Baltikyanı ölkələrin rəhbərləri ilə birlikdə Azərbaycandan keçməklə Tiflisə qayıtmışdı. Xatırladaq ki, 2006-cı ildən Yuşşenko ilə Saakaşvili arasında həm də qohumluq münasibətləri yaranıb. Ukrayna prezidenti gürcü həmkarının oğlu Nikolazın xaç atasıdır. *** Gürcüstan ərazisini işğal edən rus qoşunları talançılıqla məşğul olmaqda davam edirlər. Qərb və Gürcüstan KİV-lərinin məlumatına görə, talan edilmiş əmlakı və Gürcüstan ordusunun hərbi texnikasını ruslar Poti limanı vasitəsilə daşıyırlar. Rus hərbçiləri jurnalistlərin gözü qarşısında bazadan sürətli katerləri, texnikanı, ərzaqları və hərbçilərin geyimlərini, həmçinin, partlayışlardan sonra bazada qalan hər şeyi daşıyırlar. Talan edilmiş əmlak artıq ikinci gündür ki, daşınır. Baxmayaraq ki, Rusiya prezidenti üç gün əvvəl sülh və Rusiya qoşunlarının Gürcüstandan çıxarılması haqqında saziş imzalayıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar