SON XƏBƏRLƏR

TÜRKİYƏDƏN AZƏRBAYCANA DƏSTƏK

2021.10.20, 07:36
TÜRKİYƏDƏN AZƏRBAYCANA DƏSTƏK

Gunaz.tv
TÜRKİYƏDƏN AZƏRBAYCANA DƏSTƏK Süleyman Seyhan: “Ankara Qarabağı qaytarması üçün Ermənistana qarşı kəskin mövqe tutmalıdır” 2275.jpg Türkiyə ilə Ermənistan arasında qarşılıqlı barışıq mesajları Azərbaycanda olduğu kimi Türkiyədə də birmənalı qarşılanmır. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Türk Dərnəkləri başqanı Süleyman Seyhan bildirib ki, Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılması haqda müzakirələr aparmaq yolverilməzdir. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasındakı Qars sərhəd qapısının açılması nə Azərbaycana, nə də Türkiyəyə lazımdır. Əslən qarslı olan Seyhan bildirib ki, o, Qars bələdiyyə başqanı Naif Əlibəyoğlunun sərhədlərin açılması yönündə kampaniya aparmasını anlamır: “Ermənistan imperialist qüvvələrin dəstəyi ilə Qarabağı işğal edib. Türkiyə və digər türk cümhuriyyətləri Qarabağı qaytarması üçün Ermənistana qarşı kəskin mövqe tutmalıdır. Nə zaman Ermənistan Xocalı soyqırımını etiraf etsə, Qarabağı Azərbaycana qaytarsa, o zaman sərhədlərin açılması haqda danışmaq olar”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar