SON XƏBƏRLƏR

Türkiyəli nazir Avropa Birliyinə səsləndi

2021.10.20, 07:36
Türkiyəli nazir Avropa Birliyinə səsləndi

Gunaz.tv

GünAz TV: Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak dünən Almaniya iqtisadiyyat naziri Peter Altmayerin Türkiyəyə verdiyi dəstəklə əlaqədar “Twitter” səhifəsində fikirlərini bölüşüb.

 

“Habertürk”ün yaydığı məlumata görə, Albayrak Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə tətbiq etdiyi sanksiyalar fonunda Altmayerin ifadələrini məmnuniyyətlə qarşıladığını bildirib:

“Saf niyyətlə hərəkət edən və diplomatiyanı müdafiə edən siyasətçilər Avropa Birliyi və Almaniya ilə bağlı məsələlərdə türk xalqının etibarını gücləndirəcəklər”.

 

Almaniya iqtisadiyyat naziri Peter Altmayer Vaşinqton rəhbərliyinin digər ölkələrə ticarət qaydaları diktə edə bilməyəcəyini söyləmiş, NATO üzvü və 80 milyonluq əhaliyə sahib olan Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini bildirmişdi:

“Türkiyə, Avropada təhlükəsizlik və etibarlılıq mənasını verir. Ankara ilə çox yaxşı əlaqələrimiz var”. Oxu.Az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar