SON XƏBƏRLƏR

Türkiyəli politoloq İrfan Ülkü: “Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi”

2021.10.20, 07:36
Türkiyəli politoloq İrfan Ülkü: “Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi”

Gunaz.tv
Türkiyəli politoloq İrfan Ülkü: “Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi” “Naxçıvan türk dünyasının nöqteyi-nəzərincə geosiyasi önəmə malik olduğuna görə Rəcəb Tayyib Ərdoğanın səfəri tarixi səfər idi”. Türkiyədə nəşr olunan “Yeni çağ” qəzetinin siyasi icmalçısı, “Haber 6” telekanalının yayın baş direktoru İrfan Ülkü APA-nın Türkiyə bürosuna baş nazir Ərdoğanın Naxçıvana səfərini belə şərh edib. Onun sözlərinə görə, bundan sonra bölgödə iqtisadi proseslər Naxçıvan-Qars-İğdır-Ərdahan-Doğu Bəyazit çevrəsində cərəyana edəcək: “Türkiyənin Qafqaz və Orta Asiyaya açılan qapısı olan Naxçıvan erməni işğalından sonra bağlı qalıb. Bakıdan Naxçıvana yalnız hava reysləri var. 1992-ci ildən sonra baş nazir Süleyman Dəmirəlin Sədərəkdə “Həsrət körpüsü”nü açmasından sonra bu, Türkiyə baş nazirinin 16 ildə bölgəyə ikinci səfəridir. Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin görüşü iki qardaş ölkənin Naxçıvanla bağlı dünyaya verdiyi önəmli mesajdır. İmzalanmış sazişə görə, Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə “İpək yolu”na çıxacaq qatarlar əvvəlcə Naxçıvana gedəcək, daha sonra səfərə başlayacaqlar. Bu da Naxçıvanın erməni blokadasından xilasına səbəb olacaq”. İrfan Ülkü Türkiyənin uzun illər Naxçıvanla maraqlanmadığını deyib: “Ecevit hökuməti dövründə Naxçıvana ötürülən elektrik enerjisi üçün 100 milyon dollar pul istəyirdilər. Amma o vaxtın siyasətçiləri anlamırdılar ki, Türkiyə-Azərbaycan-Naxçıvan münasibətlərini pulla ölçmək mümkün deyil. ABŞ-ın İrana hərbi müdaxilə planı var. Bu iddialarla bağlı Naxçıvan əlavə önəm daşıyır. Baş nazir Ərdoğan özü ilə enerji və nəqliyyat nazirlərini də Naxçıvana aparmışdı. Bu, o deməkdir ki, bölgəyə yatırılan türk sərmayəsinin həcmi daha da artırılacaq. Bunu Naxçıvan rəhbərliyi də çox istəyir. Ötən il İğdırdan Naxçıvana gedəndə sərhəddə söhbət etdiyim adamların hamısı sərbəst ticarət bölgəsinin yaradılmasını istəyirdilər. Yaxın zamanlarda orada yaradılacaq bu cür ticarət bölgəsi Naxçıvanın və regionun inkişafına güclü təkan verəcək. Bundan sonra Naxçıvana Qars-Ərdəhan-İğdır-Doğu Bəyazit kontekstində baxılacaq”. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar