Türkiyəni NTV telekanalı “Traxtur” klubu haqda xüsusi reportaj yayımlayıb + VİDEO

2020-09-06 18:47

Azərbaycanın “Traxtur” futbol komandasının İran kubokunu qazanmasından sonra Türkiyənin tanınmış NTV telekanalı bu klub haqqında xüsusi reportaj yayımlayıb.

Gunaz.tv Quote | Gunaz article

Reportajda “türk dünyasının qüruru” adlandırılan futbol klubunun keçmiş tarixi və güney azərbaycanlılar üçün əhəmiyyəti təhlil edilərək bildirilib ki, siyasi xarakter daşıyan müsabiqənin “Traxtur”un qələbəsi ilə nəticələnməsi türk dünyasında böyük sevinclə qarşılanıb.

 

Telekanalın aparıcısı həmçinin əlavə edib ki, “Traxtur” Güney Azərbaycan türkləri tərəfindən futbol klubu ötəsində türklüyün və türkçülüyün simvolu olaraq dəyərləndirilir.

 

 

Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.

 

 “Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.

 

“Traxtur”un çempionluğundan sonra Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimi, o cümlədən Ankara bələdiyyə başçısı Mansur Yavaş, “İYİ” Partiyasının rəhbəri Meral Akşener, İstanbul millət vəkili Ümit Özdağ və Milliyyətçi Hərəkat Partiyasının üzvü və İstanbul millət vəkili Lütfü Türkkan bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.

 

Həmçinin Türkiyədə #TebriklerTraktör həştəqi Twitterdə əsas trend olub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19