Türkiyənin araşdırma mərkəzi İranda etniklərlə bağlı yaydığı xəritədə Güney Azərbaycanın etnik tərkibində ciddi yanlışa yol verib- VİDEO

27.04.2020, 00:11

GünAz TV: Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və İran üzrə tədqiqatlar sahəsində ixtisaslaşan İRAM Mərkəzi İranda yaşayan etniklərlə bağlı hazırladığı xəritədə ciddi səhvlərə yol verib.

 

Mərkəzin araşdırmaçısı Dr.Əbdülmoğset Bənikamal tərəfindən hazırlanmış tədqiqat işində yerləşdirilən xəritədə Güney Azərbaycana məxsus torpaqlar kürd və digər etniklərin ərazisi kimi təqdim edilib. Bundan savayı, güney azərbaycanlıları "azəri" adlandıran araşdırmaçı onların sayını da olduğundan dəfələrlə aşağı göstərib.

 

İranda mütləq etnik çoxluğu təşkil edən və sayları 30-40 milyon arası düşünülən güney azərbaycanlıları araşdırmaçı azlıq kimi göstərib və onların ölkə əhalisinin 20%-ni təşkil etdiyini iddia edib. Əvəzində isə sayları 8-10 milyon təxmin edilən farsları 46%-lə yanlış olaraq mütləq milli əksəriyyət kimi təqdim edib.

 

 

Güney azərbaycanlıların heç vaxt məzhəb ayrı-seçkiliyinə yol verməmələrinə baxmayaraq, o, onların türk olmalarına deyil, şiə müsəlmanları olmalarına diqqət çəkib. Araşdırmaçı iddia edib ki, güney azərbaycanlılar da daxil olmaqla, bir çox etnik qrupların şiə olmaları "onları İranla milli vəhdət halına gətirən yeganə faktordur". Halbuki, güney azərbaycanlılar İranla milli vəhdət halında olmadıqlarını, öz müqəddəratlarını özlərinin təyin etmək istdiklərini bəyan edirlər.

 

Lakin Mərkəzin araşdırmaçısının bu cür ciddi yanlışa yol verməsi sosial şəbəkələrdə həm güney, həm quzey, həm də Türkiyə türklərinin ciddi narahatlığına səbəb olub.

 

Araşdırmalar nəticəsində məlum olub ki, bu saxta xəritə tədqiqatçının özünə belə məxsus deyil. Onun özününkü kimi təqdim etdiyi xəritə 2004-cü ildə Texas Universiteti tərəfindən hazırlanmış yanlış və saxta xəritədir. Türkiyənin bu cür mərkəzi tərəfindən həqiqəti əks etdirməyən və mənşəyi bilinməyən şəxslər tərəfindən hazırlanmış xəritənin təqdim edilməsi təkcə həmin ölkənin türklərinin deyil, həm də Güney və Quzey Azərbaycan türklərinin təəssüfünə səbəb olur.

 

Daim Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizəyə dəstək verən, bu ölkəni öz ana yurdları kimi sevən güney və quzey azərbaycanlılar tezliklə araşdırmaçının yol verdiyi bu cür ciddi nöqsanın aradan qaldırılacağına inanır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27