SON XƏBƏRLƏR

Türkiyənin Ermənistana mesajları

2021.10.20, 07:36
Türkiyənin Ermənistana mesajları

Gunaz.tv
Türkiyənin Ermənistana mesajları ankara.jpg "Əli Babacan İrəvanın "soyqırım", Türkiyəyə haqsız ərazi iddialarından vaz keçməsini, Dağlıq Qarabağ məsələsində düzgün qərar qəbul etməsini nəzərdə tuta bilər" Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistanla normal münasibətlər qurmağın Ankaranın xarici siyasətdə ən ciddi hədəflərindən biri olduğunu söyləyib. İrəvanın "soyqırım" haqqında əssasız iddiaları iki ölkə arasındakı münasibətləri zəhərləyən əsas səbəblərdən biridir. Ali Babacan onu da bildirib ki, prezident Abdullah Gül həmkarı Serj Sərkisyanın setyabrda futbol matçına baxmaq üçün göndərdiyi dəvəti nəzərdən keçirir. Xarici işlər naziri Abdullah Gülün İrəvan səfərinin baş tutmasının Türkiyə-Ermənistan yığmalarının oyununa qədər iki ölkə arasında baş verəcək hadisələrdən asılı olduğunu dilə gətirib. Ramiz Mikayıloğlu Qeyd edək ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlaması qondarma "soyqırım", İrəvanın qardaş ölkəyə ərazi iddiaları, ermənilərin Azərbaycan ərazilərini işğal etməsilə bağlı olub. AKP dövründə quru sərhədlər bağlı qalsa da, hava sərhədi açılıb. İndiyə qədər də qardaş ölkənin rəsmiləri sərhədin açılması şərtlərini sadalayarkən torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi xüsusi vurğulayıblar. Bu baxımdan Ali Babacanın bu məsələni yada salmaması narahatlıq doğurmaya bilməz. Türkiyə Araşdırmalar Mərkəzinin rəhbəri Toğrul İsmayıl deyir ki, Əli Babacanın jurnalistlərin sualıyla balı söylədikləri olduqca diplomatik cavabdır. Ankaranın da, Bakının da əsas məqsədi Ermənistanla münasibətləri normal hala salmaqdır. Bu o demək deyil ki, münasibətləri korlayan Türkiyədir, əksinə, Ermənistandır: "Əli Babacan Ermənistanla münasibətləri normallaşdırmağa çalışdıqlarını söyləyib. Azərbaycan da buna çalışır. Xarici işlər nazirinin diplomatik cavabının arxasında Abdullah Gülün mütləq İrəvana gedəcəyi ilə bağlı məsələnin durduğunu düşünmək lazım deyil. Türkiyə Ermənistanla münasibətləri düzəltməyə çalışsa da, İrəvan, xüsusən erməni diasporu can atır ki, mümkün qədər Ankarayla münasibətləri korlasın və beləliklə, "soyqırım" iddiası, münasibətlərin gərginləşdirilməsi fonunda xal toplamaqla xaricdə pul yığsın". Toğrul İsmayıl de ki, nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanla problemi yoxdur, problemi ermənilər özləri yaradırlar. Türkiyə Araşdırmalar Mərkəzinin rəhbəri bildirdi ki, qardaş ölkədə iqtidara kimin gəlməsindən, hansı partiyanın hökuməti təşkil etməsinə baxmayaraq, Azərbaycanla münasibətlər birmənalı şəkildə dəyişməyəcək, mövcud şərtlər qalacaq. Bakı Ankaranın birinci dərəcəli müttəfiqi, dostudur. Eyni zamanda Qarabağ məsələsində də Türkiyə çox fədakarlıq edir: "Ermənistanla sərhədlərin bağlı olmasına görə Avropa Birliyi, ABŞ Ankaraya çox təzyiqlər göstərir. ABŞ dövlət katibinin müavini Metyu Brayza az əvvəl demişdi ki, Türkiyə Ermənistana Dağlıq Qarabağ məsələsi müstəvisindən yanaşmamalıdır. Türkiyədə kimin hakimiyyətdə olmasına baxmayaraq, Azərbaycana münasibət birmənalı qalacaq və Ermənistana münasibət də bu müstəvidən keçəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyəni tək türk amili, etnik məqam, türk birliyi, qardaşlıq, dostluq məsələsi bağlamır. Azərbaycan karbohidrogen ehtiyatlarına malik ölkədir, adıçəkilən ölkədə belə ehtiyatlar çox azdır. Enerji daşıyıcılarının hansı ölkə üzərindən ötürülməsi də müasir dünyamızda böyük önəm kəsb edir. Türkiyədə də bunu nəzərə alırlar". "Abdullah Gülün İrəvan səfərinin baş tutması Türkiyə-Ermənistan yığmalarının oyununa qədər iki ölkə arasında baş verəcək hadisələrdən asılıdır" ifadəsinə gəlincə, Toğrul İsmayıl bunu da təəccüblə qarşılamağın tərəfdarı deyil: "Məsələn, Əli Babacan Ermənistanın rəsmi şəkildə "soyqırım", Türkiyə ərazilərinə haqqsız iddialarından vaz keçməsini, Dağlıq Qarabağ məsələsində İrəvanın düzgün qərar qəbul etməsini, işğal olunmuş torpaqlardan geri çəkilməsini nəzərdə tuta bilər. Bunlar hamısı çox diplomatik üslubda verilmiş cavabdır. Bunun əksini edən Türkiyənin dövlət başçısı Azərbaycan deyil, ilk növbədə Türk xalqının qəzəbinə uğrayacaq. Bunu da qardaş ölkədəki siyasətçilər yaxşı bildiyindən onların belə sadəlöhv addım atacaqlarına inanmıram. Türkiyə ilə Ermənistan arasındakı problemlər hələ də ciddiliyini qoruyur". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar