SON XƏBƏRLƏR

Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib

2021.10.20, 07:36
Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib

Gunaz.tv
Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib sener.jpg Ankara – APA. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər partiya sıralarından istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, AKP Mərkəzi Şurasının bu gün keçirilən iclasına qatılan Ə. Şənər toplantıdan əvvəl jurnalistlərə açıqlamasında partiya yoldaşları ilə halallaşacağını deyib. İclasdan çıxdıqdan sonra isə o, AKP üzvlüyündən istefa verdiyini bildirib: “Hörmətli baş nazir nəzakət göstərdi və mənə söz verdi. Mən də vida nitqi söylədim. Baş nazir “xeyirli olsun” dedi. Çox böyük nəzakət vardı”. Xatırladaq ki, Ə. Şənər daha öncə verdiyi açıqlamalarda yeni siyasi partiya yaradacağını bəyan edib. Siyasi müşahidəçilər onun AKP-nin elektoratının bir hissəsini öz tərəfinə çəkə biləcəyini proqnozlaşdırırlar. Qafqaz kökənli olan Ə. Şənər 1954-cü ildə Türkiyənin Sivas bölgəsində doğulub. Ankara Universitetini bitirib, iqtisad elmləri doktorudur. Rifah, Fəzilət partiyaları və son olaraq AKP-nin liderlərindən biri olub. Maliyyə naziri, baş nazirin müavini vəzifələrində çalışıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar