SON XƏBƏRLƏR

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu evində ölü tapılıb

2021.10.20, 07:36
Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu evində ölü tapılıb

Gunaz.tv

GünAz TV: Bu gün Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.

 

Yerli mətbuatın yaydığı məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.

 

Polis hadisə yerində araşdırma aparır.

 

Hazırda Amerika Birləşmiş Ştatlarında (ABŞ) olan M. Yılmaz oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönəcəyi bildirilir.

 

Qeyd edək ki, Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evlənib, 3 il sonra onlar ayrılıblar.

 

Mesut Yılmaz ilk dəfə 1991-ci ildə 5 ay, 1996-cı ildə 4 ay baş nazir olub. O, 1997-ci ilin 30 iyununda Necmettin Erbakan yerinə baş nazir seçilib və 1999-cu ilin 11 yanvarına qədər hakimiyyətdə qalıb. 1983-2007-ci illər aralığında 6 dəfə millət vəkili seçilib, 1986-1987-ci illərdə mədəniyyət və turizm naziri, 1987-1990-cı illərdə xarici işlər naziri, 2000-2002-ci illərdə baş nazirin müavini olub. 70 yaşlı Mesut Yılmaz 1991-2002-ci illərdə Ana Vətən Partiyasına sədrlik edib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar