SON XƏBƏRLƏR

Türkiyənin Konstitusiya Məhkəməsini hakim partiya,hökuməti isə baş örtükləri maraqlandırır

2021.10.20, 07:36
Türkiyənin Konstitusiya Məhkəməsini hakim partiya,hökuməti isə baş örtükləri maraqlandırır

Gunaz.tv
Qapatmaq olmaz qapatmamaq Türkiyənin Konstitusiya Məhkəməsini hakim partiya, hökuməti isə baş örtükləri maraqlandırır Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin iclası keçiriləcək. İclasda baş prokurorun Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın məruzəsi müzakirə olunacaq, daha sonra iddia ilə bağlı yekun qərarın veriləcəyi gün müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın hazırladığı məruzədə AKP-nin qapadılması barədə baş prokuror Əbdürrəhman Yalçınkayanın iddiasının rədd olunması təklif edilir. "Milliyət" qəzetinin yazdığına görə, AKP-nin qapadılması üçün Türkiyə Konstitusiya Məhkəməsinin 11 hakimindən 7-sinin qərarın lehinə səs verməsi lazımdır. Məhkəmənin əsas üzvlərindən biri iclasda iştirak etməzsə və ya qərar çıxarılan günə qədər təqaüdə çıxarsa, o zaman onun yerinə ehtiyat üzvlərdən biri səs verəcək. Nüfuzlu "Ekonomist" məcmuəsi isə Türkiyənin mövcud siyasi durumu ilə bağlı məqalə dərc edib. Nəşrdə göstərilir ki, ötən noyabrda Qars sakinləri şəhərin mərkəzindəki fəvvarənin üstündən çılpaq qadın heykəllərinin yoxa çıxmasından təəccübləniblər. Sonradan bəlli olub ki, Qarsın ən görməli yerlərindən biri olan bu fəvvarəni şəhər meri "redaktə" etmək qərarına gəlib. Sən dəmə, şəhər meri Naif Əlibəyoğlu islamçı köklərə malik AKP-nin lideri Ərdoğanın Qarsa səfəri ərəfəsində onun qəzəbinə gəlməmək üçün belə edib. "Ekonomist" məcmuəsinin son nömrəsində dərc olunmuş "Bayraqlar, rübəndlər və şəriət" adlı məqalədə göstərilir ki, az sonra mərmər bədənli çılpaq qadın heykəlləri öz fəvvarələrinə qayıdıb. Çünki Ərdoğanın Qarsa səfəri ləğv olunub. "Bütün bunlar Türkiyənin islamlaşmasının göstəricisi ola bilərmi" - deyə məqalə müəllifi sualla çıxış edir: "Baş prokuror Yalçınkaya kimilər üçün bu, məhz belədir. O, Ədalət və İnkişaf Partiyasının ləğvini, prezident Gül də daxil olmaqla 70-dən çox AKP-çinin siyasətdən uzaqlaşdırılmasını tələb edir". "Ekonomist" yazır ki, baş prokurorun əlində sübut yoxdur. Çünki Ərdoğan və onun dəstəsi islamçılıq etmirlər, onlar bu barədə sadəcə olaraq danışırlar: "Bununla belə, generallar dinc oturmurlar və belə bir fikir geniş yayılıb ki, hakim partiyaya qarşı prokuror sanksiyasının arxasında məhz onlar dayanıblar". "Ekonomist" AKP-nin uğurlarından söz açır və yazır ki, vaxtilə qadağan olunmuş Rifah Partiyasından qopanlar özlərini təkrar olaraq meydana qaytara bildilər. Onlar elan etdilər ki, dinlə siyasəti qarışdırmaq fikirləri yoxdur və hakim partiya olaraq əsas məqsədləri Türkiyəni Avropa İttifaqına üzv etməkdir. "Ekonomist" yazır ki, hələ Atatürkün vaxtından indiyədək qadınlara Ərdoğan hakimiyyəti illərində verilən qədər azadlıqlar verilməyib: "Baş nazir qadınları ən azı üç uşaq doğmağa çağırır, lakin ölkədə abort etdirmək qanuni və asandır. Beləcə, hakimiyyətə gələn partiya Türkiyənin tarixində görünməmiş işin öhdəsindən gəlmiş olub: Onlar Türkiyənin təkpartiyalı hökuməti oldular. Əgər işlər generallar istəyən kimi olsa, hamı "nə mutlu türkəm deyəcək". Çoxları bu qənaətdədir ki, döyüş müasirliklə islam arasında gedir. Onların fikrincə, dini dəyərləri itirmədən müasirləşmək türkləri əsrlərcə təlatümlərə salıb. Türkiyə özü üçün kimlik döyüşündədir. Bu elə bir kimlik olmalıdır ki, bütün türkiyəliləri - dindarları, qatı dünyəviçiləri, ələvi və kürdləri qucaqlaya bilsin. Son rəy sorğuları göstərir ki, getdikcə daha çox adam özünü əvvəlcə müsəlman, sonra isə türk hesab edir". "Ekonomist"in yazdığına görə, bunları AKP yaratmayıb, AKP-nin özü bunlardan doğulub. Məqalədə deyilir ki, 6 əsr ərzində islam xəlifəliyinin başında duran sultan devriləndən sonra Atatürk dindarlıq üzərində qələbə qazanmadı, onu xəlvətə çəkilməyə məcbur etdi. Türkiyə dini dövlətdən ayıran Fransanın yolu ilə getmədi, əksinə dini dövlətə tabe etdirmək yolunu tutdu. "Ekonomist" yazır ki, bununla belə din birləşdirici rol oynamır. Rifah Partiyası hakimiyyətə gələndə ilk olaraq bələdiyyələrə tabe restoranlarda spirtli içkilər qadağan edildi. Rifahçılar deyirdilər ki, mömin müsəlmanlar onların dəyərlərinə toxunmayan istirahət haqqına malikdirlər. AKP-ni dəstəkləyən bələdiyyələr bir az da uzağa gediblər. Onlar içənlər üçün şəhərdən kənarda "qırmızı zona"lar yaratmaq istəyirlər. Yeni varlı dinçilər özləri üçün hasarlı və darvazalı icmalar qurmaq istəyirlər. Baş örtüyü geyinən qadınların sayı son illərdə dördqat atıb. Hərçənd bunların əksəriyyəti Anadolu kəndlərindən şəhərlərə axışanlardır. Bütün bunlarla yanaşı, müəlliflər inanır ki, AKP-nin yıxılması ekstremizmin gəlişi ilə nəticələnə bilər. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar