SON XƏBƏRLƏR

Türkiyənin koronavirusla mübarizə üçün ayırdığı humanitar yardımların ilk hissəsi İrana doğru yola düşüb

2021.10.20, 07:36
Türkiyənin koronavirusla mübarizə üçün ayırdığı humanitar yardımların ilk hissəsi İrana doğru yola düşüb

Gunaz.tv

GünAz TV: Türkiyə İrana koronavirusla mübarizə üçün ayırdığı yardımların bir hissəsini artıq bu ölkə istiqamətində yola salıb.

 

Türkiyə Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, köməklər 1000 ədəd koronavirusu aşkarlamaq üçün lazım olan test ləvazimatı, 4700-dən çox qoruyucu geyim, 20 min tibbi əlcək, 2 min qoruyucu eynək, 4 min ədəd N95 maskası, 78 min ədəd adi maskadan ibarətdir.

 

Türkiyə bildirir ki, bu, yalnız İrana göndəriləcək humanitar yardımların 1-ci mərhələsidir.

 

Türkiyə İranda koronavirusun yayılması rəsmən elan edildikdən sonra bu ölkə ilə sərhədlərini bağlayıb. Bu günə qədər olan statistikaya əsasən, Türkiyədə 47 nəfər sözügedən epidemiyaya yoluxub.

 

Xatırladaq ki, qonşu ölkələr içərisində İrana koronavirusla mübarizə üçün ilk dəfə Azərbaycan Respublikası 5 milyon dollar yardım ayırmışdı. Bundan sonra Qətər İrana 10 milyon dollar, Küveyt isə tibbi ləvazimatlar göndərmişdi. Rəsmi Ankara Tehrana koronavirusla mübarizə üçün yardım edən 4-cü qonşu dövlətdir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar