Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

2020-12-11 19:10

Türkiyənin Tehrandakı səfiri dekabrın 11-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mediaya açıqlamasında məlumat yayıb. 


Xətibzadə deyib ki, İran xarici işlər nazirinin köməkçisi və Avrasiya bölməsinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılan Türkiyə səfirinə, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradındakı çıxışında İrana qarşı “müdaxiləçi” bəyanatlar səsləndirməsinə görə etiraz notası verilib: “Türkiyə səfiri ilə keçirilən görüşdə ona bildirilib ki, müharibə alovlarını qızışdıran ekspansionist imperatorluqlar və ərazi iddiaları dövrü artıq çoxdan başa çatıb.


Türkiyə səfirinin diqqətinə çatdırılıb ki, İran İslam Respublikası heç kəsə özünün ərazi bütövlüyü işinə qarışmasına icazə verməyəcək və özünün milli təhlükəsizliyi ilə bağlı məsələlərdə zərrə qədər geri çəkilməyəcək və bu xüsusda güzəştə geməyəcək.

 
Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi müdaxiləçi bəyanatları qəbuledilməzdir və rəsmi Tehran Türkiyə hökumətindən bu barədə dərhal izahat verməsini tələb edir” –deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib. 


Xatırladaq ki, dekabrın 10-da Bakının Azadlıq Meydanında Qarabağın işğaldan azad edilməsi münasibətilə keçirilmiş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı məşhur "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" şerini oxuması bir sıra İran rəsmilərinin, o cümlədən də paniranistlər, şahçılar və panfarsistlərin qəzəbinə səbəb olub.


Bu, folklor ədəbiyyatı nümunəsi Güney və Quzey Azərbaycanın Araz çayı vasitəsilə ayrılmasını simvolizə edir. Şer "biz sizdən ayrılmazdıq, zorla ayırdılar" mesajını özündə ehtiva edir. 


Ərdoğanın bu şeri səsləndirməsi həm Quzey, həm də Güney Azərbaycanda xalqın sevincinə səbəb olub. Lakin paniranistlər, panfarslar və xain manqurtlar bundan bərk narahat olublar və sosial şəbəkələrdə Türklərə qarşı təhqiramiz ifadələr yazmağa başlayıblar. 


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə dekabrın 11-də “Twitter” səhifəsində etdiyi paylaşımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı çıxışında Araz çayı barədə oxuduğu şeirə kəskin reaksiya verib.

 
Zərif deyib ki, Ərdoğanın Araz şeirini oxuması onun İranın və Azərbaycanın daxili işlərinə qarışması deməkdir: “Ərdoğana deməyiblər ki, onun Bakıda səhvən oxuduğu şeir Arazın şimalındakı bölgə və ərazilərin öz doğma ana yurdu olan İrandan zorla ayrılması haqqındadır. 


Görəsən o başa düşmədi ki, bununla da o Azərbaycan Respublikasının hakimiyyəti və müstəqilliyinin əleyhinə danışıb.  Heç kəs bizim əziz Azərbaycanımız haqqında danışa bilməz” –deyə, Zərif “Twitter” paylaşımında bildirib.


İranın hökumət saytları bildirirlər ki, “Araz çayı şeirində İran Azərbaycanının insanlarına xitab olunur və türk dilində olan bu şeir “separatçı pantürkistlər”in simvollarından biri sayılır.


Qeyd etmək lazımdır ki, İran Quzey Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsi zamanı Ermənistana hər cür hərbi logistik dəstək göstərirdi. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14