SON XƏBƏRLƏR

Türklər Qaşqay türklərinin komandasının görüşündə qürurverici birlik nümayiş etdiriblər - GÖRÜNTÜ

2021.10.20, 07:36
Türklər Qaşqay türklərinin komandasının görüşündə qürurverici birlik nümayiş etdiriblər - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Soydaşlarımız Qaşqay türklərinin komandasının Kərəcdə “Oksin Əlborz” komandası ilə qarşılaşmasında qürurverici birlik nümayiş etdirib.

 

Dünən bazar günü birinci dəstə yarışları çərçivəsində keçirilən görüş 2:1 hesabı ilə Şirazın Qaşqay Komandasının xeyirinə yekunlaşıb. Həmin görüşdə tamaşaçı qismində iştirak edən Azərbaycan və Qaşqay türkləri nümunəvi birlik sərgiləyib. Soydaşlarımız “Traxtur” və Qaşqay komandalarının bayraqlarını qaldıraraq hər iki komandaya dəstək veriblər.

 

Ötən cümə günü Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və Rəştin “Sepidrud” komandaları arasında keçirilən görüşdə isə məzmunca türkmən, qaşqay və Azərbaycan türklərinin birliyini əks etdirən plakat qaldırılmışdır.

 

 

Qeyd edək ki, Şiraz, Kohkiluye və Boyirəhməd, Çaharmahal və Bəxtiyari, Xuzistan, İsfahan, Fars, Qum, Mərkəzi və Buşehr əyalətlərində yaşayan Qaşqay türkləri İranda ən böyük türk topluluqlarından biridir. Qaşqay türklərinin sayı barədə dəqiq statistik məlumat olmasa da, onların İranda 2-3 milyon əhalisi olduğu təxmin olunur.

 

 

 

 

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar