SON XƏBƏRLƏR

Türklərin faciəvi sevinci

2021.10.20, 07:36
Türklərin faciəvi sevinci

Gunaz.tv
Türklərin faciəvi sevinci ÇEXİYA İLƏ OYUN TARİXƏ DÜŞƏ BİLƏR komanda130608.jpg Avstriya və İsveçrədəki futbol üzrə Avropa çempionatında 1/4 finala ilk vəsiqə qazanan və mübarizəni erkən dayandıran komandalar məlum olub. Bu, "A" qrupunda ikinci turun oyunları başa çatdıqdan sonra müəyyənləşib. Portuqaliya yığması qitə birincilikləri tarixində ilk dəfə Çexiya seçmə kollektivini məğlubiyyətə uğradıb - 3:1. Bu qələbə sayəsində xalların sayını 6-ya çatdıran Portuqaliya növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə prinsipial matçda İsveçrəni 2:1 hesabı ilə məğlub edib. Təşkilatçı ölkə təmsilçiləri ilk hissədə türk əsilli futbolçu Hakan Yakının vurduğu qolla hesabda önə keçiblər. Fasilədən sonra baş məşqçi Fatih Terimin əvəzləmələri sayəsində "ay-ulduzlular" oyunda dönüş yaradıblar. 46-cı dəqiqədə Tümər Mətinin əvəzinə oyuna daxil olan Səmih Şəntürk bərabərlik qolunu vurub. Qələbə topuna isə qarşılaşmaya əlavə olunan ikinci dəqiqədə Arda Turan imza atıb. Türkiyə həm də 2005-ci ilin noyabrında keçirilən pley-off matçları nəticəsində onları son dünya çempionatından kənarda qoyan İsveçrədən əvəz çıxıb. Türkiyə prezidenti Abdullah Gül futbolçuları təbrik edib: "Türkiyənin belə qələbəyə ehtiyacı vardı. İnanıram ki, davamı gələcək". Qitə yarışında debüt edən və oyunun ən yaxşı futbolçusu seçilən Arda Turan görüşün ardından dopinq nəzarətindən keçirilib. O, İsveçrə yığmasının cərimə meydançası yaxınlığından gözəl zərbə ilə topu Dieqo Benalyonun qoruduğu qapıdan keçirib. A.Turan deyib: "Qələbə münasibətilə komanda yoldaşlarımı təbrik edirəm. Çətin hava şəraitində, hesabda geriyə düşməyimizə rəğmən mükəmməl mübarizə apardıq". İsveçrə ilə görüşün 92-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran 21 yaşlı yarımmüdafiəçi birliyin önəmli olduğunu bildirib: "Acını və sevinci birlikdə yaşamalıyıq. Bu gün çox vacib qələbə qazandıq. Amma Çexiyaya uduzsaq belə, yenə birlikdə hərəkət etməyimiz lazımdır". Qalib komandanın baş məşqçisi Fatih Terim fikrini belə çatdırıb: "Bu, əla hisslərdir. Futbolçular özlərinə inam hissinin artırmasına kömək edən qələbəni əldə etdilər. Mən onları əla oyun münasibətilə təbrik edirəm. Ən vacibi odur ki, 1/4 finala çıxmaq uğrunda mübarizəni davam etdiririk. İsveçrəni məğlub etmək çətin olduğundan, qələbə həm biz, həm də azarkeşlər üçün vacib idi. Bu üç xal qrupda son oyun öncəsi bizə böyük ümid verir. Açığı, yağışın bizə kömək edəcəyini düşünürdük. Ancaq göydən belə güclü yağış yağdığını təsəvvür edə bilməzdik. Allaha dua edirdim ki, yağış kəssin". Nihat Kahveçi bildirib: "Mütləq qələbə qazanmalı, və ya uduzmamalıydıq. Fikrimcə, çox gözəl oyun oldu. Hamı Türkiyə milli komandasının vacib oyunlarda necə çıxış etdiyini növbəti dəfə gördü. Şanssız bir qol buraxsaq da, ikinci hissədə əla oynadıq. Hesabda geri düşdükdən sonra meydan sahibinə qalib gəlmək asan deyil. Bu komandaya inanmaq və güvənmək lazımdır. Çexiyanı da məğlub edib qrupdan çıxacağımıza inanıram. Ümid edirəm ki, bizi izləyən türk xalqı çox xoşbəxtdir". İsveçrə milli komandasının üzvü Ərən Dərdiyok maraqlı danışıb: "Türkiyəyə qarşı oynamaqdan sevinc hissi keçirmədim. Hakan Yakın hesabı açanda da, içimizdə sevindik. Çünki, biz türkük. Türkiyə milli komandasından təklif almadığım üçün anadan olduğum İsveçrənin şərəfini qoruyuram. Bu, Avropa çempionatında özümü göstərmək üçün bir şans idi. Sevincimizi büruzə verməməyimizin səbəbi ölkəmizə qarşı olan sevgi və hörmətlə bağlıdır. Turnirin ən gənc futbolçusu kimi burada olmaqdan qürur duydum. Mövsümün əvvəlində "Trabzonspor"dan təklif almışdım. Amma "Beşiktaş" və ya "Fənərbağça"dan təklif gəlsə düşünərəm". Türkiyə Futbol Federasiyasının prezidenti Hasan Doğan qələbəni millətə ərmağan etdiklərini söyləyib: "Üç ildən sonra İsveçrəni öz meydanında məğlub etmək Türkiyə üçün böyük uğurdur. Futbolçularımızı təbrik edirəm. Fatih Terimlə uzunmüddətli çalışmaq istəyirik. İnanırıq ki, çexlərlə görüşdə də uğur qazanacağıq". Türklərin qələbəsi faciə ilə nəticələnib. Komandasının uğurunu çılğınlıqla qeyd edən fanatın ürəyi dayanıb. Adı açıqlanmayan azarkeşə süni nəfəs verilsə də, onu həyatını xilas etmək mümkün olmayıb. Qrupda ikinci pillənin taleyi iyunun 15-də keçiriləcək Türkiyə - Çexiya matçında həll olunacaq. Avropa çempionatları tarixində qrup mərhələsinin görüşlərində ilk dəfə penalti seriyası vurula bilər. Budəfəki turnirdən etibarən yarışın əsasnaməsində olan yenilik ilk dəfə Türkiyə - Çexiya görüşündə tətbiq edilə bilər. Əsas göstəriciləri bərabər olan hər iki milli komanda keçiriləcək 3-cü turda meydanı heç-heçə ilə tərk etməməlidir. Qarşılaşmanın 90 dəqiqəsi qalibi müəyyənləşdirməyəcəyi təqdirdə, penalti seriyasından istifadə olunacaq. Çexiya - Portuqaliya - 1:3 Libor Syonko 17//Deku Souza 8, Kriştianu Ronaldu 63, Rikardo Kuarejma 90+1. İsveçrə - Türkiyə - 1:2 Hakan Yakın 32 //Səmih Şəntürk 57, Arda Turan 90+2. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar