SON XƏBƏRLƏR

Türklərin qələbəsi Bosniyanın qarışdırdı

2021.10.20, 07:36
Türklərin qələbəsi Bosniyanın qarışdırdı

Gunaz.tv
Türklərin qələbəsi Bosniyanın qarışdırdı Xorvatlarla bosniyalılar arasında toqquşmalar oldu article_1214127507.gif İyunun 20-i axşam Türkiyə yığmasının Avropa Çempionatının 1/4 final mərhələsində xorvatlar üzərindəki qələbəsindən sonra Bosniyanın Mostar şəhərində yerli xorvatlarla Türkiyəni dəstəkləyən müsəlman azarkeşlər arasında qarşıdurma olub. Məlumata görə, hazırda yerli xəstəxanada onlarla yaralı, o cümlədən 4 polis əməkdaşı da var. Bosniyada 1000-dən artıq polis futbol azarkeşləri arasında yeni qarşıdurmanın yaranmaması üçün yollarda nəzarəti gücləndirib. Məlumatlara görə, Xorvatiya milli komandasının uduzmasından sonra bir qrup azarkeş küçələrə çıxaraq iğtişaşlar törətməyə başlayıb. Onlar mağazaların vitrinlərini dağıdıb, qarşılarına keçən bosniyalılara hücum edərək onları döyüblər. Fanat azarkeşlər bir neçə zibil konteynerinə od vurub, polis maşınlarını daşa basıblar. Polis iğtişaşçıları sakitləşdirmək üçün onlara qarşı gözyaşardıcı qaz tətbiq edib və zirehli texnikanı işə salıb. Səhərə yaxın vəziyyət nəzarət altına alınıb. Mostar şəhəri Sarayevodan 130 kilometr cənubda yerləşir və etnik tərkibinə görə xorvatlara və bosniyalılara bölünüb. Balkanlarda müharibələr zamanı şəhərdə bosniyalılarla xorvatlar arasında sərt toqquşmalar baş verib. Şəhər əhalisinin 40 faizi özlərini türk əsilli sayan Bosniya müsəlmanlarıdır, onlar Türkiyənin qələbəsini bayram ediblər. //Yeni Müsavat qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar