İsfahan poladəritmə zavodunun metal tullantıları arasında Səfəvi dövrünün kazarmasına məxsus tarixi top tapılıb.
Gunaz.tv
Lincan şəhərinin Mədəni İrs, Mədəniyyət, Turizm və İncəsənət şöbəsinin müdiri “Əhməd Fəthi” bu topun İsfahanın poladəritmə zavodunun təkrar emal şöbəsində tapıldığını təsdiqləyib.
“Entexab” qəzetinin yazdığına görə, Əhməd Fəthi bildirib ki, "Mütəxəssis araşdırmaları nəticəsində bu topun Səfəvilər dövrünə aid olduğu, keçən əsrlərdə İsfahanda Səfəvi sultanlarının kazarmasında saxlandığı və bu sülalənin süqutundan sonra əldən-ələ keçidiyi bəlli olub. Dünən isə təkrar emal üçün polad əritmə zavoduna verilib.»
O artırıb: "Səfəvilər dövründə “Nəqş Cahan” kompleksindəki “Ali Qapı” Sarayının girişində bir neçə top saxlanılırdı. Buna görədə tapılan tarixi top poladəritmə zavodunun rəhbərlərinin razılığı ilə şəhərin Mədəni İrs və Turizm Baş İdarəsinin əmanət bölməsinə təhvil verildi. Top restorasiya edildikdən sonra “Ali Qapı” Sarayı qarşısında yerləşdiriləcək."
Əhməd Fəthi, tarixi önəm daşıyan topun təkrar emal üçün poladəritmə zavoduna kimin və ya hansı qurumun göndərdiyini açıqlamayıb.
C.E