Türkmənsəhrada gərginlik: Etiraz aksiyası keçirənlər həbs edildi-VİDEO

2021-03-25 10:18

Türkmənsəhrada şəhər məhkəməsinin qarşısında aksiya keçirən etirazçılar həbs edilib. 

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, aksiyaçılar iki azyaşlı qız uşağının keçmiş “Sepah” üzvü tərəfindən təcavüzə məruz qalması ilə bağlı çıxarılan qərara etiraz etmək üçün toplaşıblar.


İranın rəsmi mediası Türkmənsəhranın məhkəmə sədri Əli Yəzdaniyə istinadən yazır ki, martın 23-də məhkəmə binası qarşısında etiraz aksiyası keçirənlərdən bir neçəsi saxlanılıb.

Əli Yəzdani saxlanılanların “ümumi əmlaka ziyan vurmaq” ittihamı ilə həbs olunduğunu bildirib. Lakin o, saxlanılanların sayı barədə məlumat verməyib.

Məhkəmə sədri azyaşlı uşaqlara təcavüz faktını inkar edərək 55 yaşlı şübhəlinin saxlanıldığını deyib.

Xatırladaq ki, martın 21-də Türkmənsəhranın Ərəb Sürəng kəndində Gülüstan su bəndinin keşikçisinin 7 və 8 yaşlarında iki qız uşağına təcavüz etməsi ilə bağlı xəbər türkmənlərin etirazına səbəb olub.

Etirazçılar bəndin inzibati binasına hücum edərək gözətçi otağını yandırıb və gözətçinin həbs olunmasını tələb ediblər.

Günbəd Kavus prokurorluğunun açıqlaması və suçlunun sərbəst buraxılması türkmənlərin qəzəbini artırıb.


Xatırladaq ki, prokurorluq yaydığı açıqlamada “məhkəmə tibb ekspertizasının təcavüz faktını təsdiq etmədiyini” bildirib.

Qeyd edək ki, azyaşlılara təcavüz edən 55 yaşlı gözətçi İran İslam İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvüdür. O, bir neçə il İranın “Hərəm müdafiəçiləri” silahlı birləşmələrinin tərkibində Suriyada Bəşər Əsədin müxaliflərinə qarşı döyüşlərdə iştirak edib.
 

C.E

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07