SON XƏBƏRLƏR

Türkmənlər köhnə təqvimə qayıtdı

2021.10.20, 07:36
Türkmənlər köhnə təqvimə qayıtdı

Gunaz.tv
Türkmənlər köhnə təqvimə qayıtdı turkmen-teqvim.gif Bu gündən etibarən Türkmənistanda köhnə ay və həftə adları bərpa edilib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, alternativ təqvim 2002-ci ildə mərhum prezident Saparmurad Niyazov tərəfindən tətbiq edilib. Niyazov təqvimində yanvar ayı prezident tituluna uyğun olaraq Türkmənbaşı, aprel ayı onun anasının şərəfinə Qurbansoltan, sentyabr ayı isə fəlsəfi kitabı ilə bağlı Ruhnamə adlandırılıb. Eks-prezident yeni adların tətbiqini izah edərkən köhnə təqvim adlarının bolşeviklər tərəfindən türkmənlərə sırındığını bildirirmiş. O, yeni adların əhalinin mədəniyyətini və ruhuna daha uyğun gəldiyini bildirib. Dəyişikliyə əsasən bazar ertəsi “baş gün”, bazar günü isə “dinc günü” adlandırılıb. Amma yeni adlardan ancaq rəsmi sənədlərdə istifadə olunurmuş. İnsanlar öz aralarında danışan zaman əvvəlki adlardan istifadə edirlərmiş. Prezident Qurbanqulu Berdıməhəmmdov isə hakimiyyətə gələndən sonra sələfinin bir sıra əcaib qərarlarını ləğv edib. Köhnə təqvimin qaytarılması barədə mayın sonunda qərar qəbul edilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar