SON XƏBƏRLƏR

Türkmənlər səhənd stadionuna daxil olarkən milli geyimlərini dəyişməyə məcbur edilib

2021.10.20, 07:36
Türkmənlər səhənd stadionuna daxil olarkən milli geyimlərini dəyişməyə məcbur edilib

Gunaz.tv

GünAz TV: Çərşənbə günü Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “Perspolis” komandaları arasında keçirilən görüşdə İran rejiminin anti-türk mövqeyi bir daha gözə çarpıb.

 

Xəbər verdiyimiz kimi, “Türkmən səhra” bölgəsindən bir çox soydaşımız “Traxtur”u dəstəkləmək məqsədi ilə Təbrizə səfər etmişdir. Onlar baş verən son sel fəlakiti ilə əlaqədar edilən yardımlara görə azərbaycanlılardan qədrdanlıq etmək məqsədi ilə belə bir qərar verib. Lakin min kilometrdən çox məsafə qət edərək Təbrizə gələn türkmənlər milli geyimləri ilə stadiona buraxılmayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri türkmənlərə paltar və papaqlarını dəyişdikdən sonra stadiona giriş icazəsi verib.

 

 

Oxşar hadisə ötən il payızın birinci ayında səhənd stadionunda baş vermişdir. “Traxtur”la Əhvazın “Fulad” komandasının görüşündə 3 Qaşqay türkü milli geyimi ilə stadiona buraxılmamışdır. Bir neçə ay əvvəl isə “Traxtur”la “Maşınsazi” oyununda səhənd stadionuna daxil olmaq üçün Azərbaycanın milli geyimində olan 3 “Traxtur” tərəfdarına qadağa qoyulmuşdur.

 

 

Bütün bunlar o halda baş verir ki. İranda qeyri-türk millətləri, o cümlədən bəluçlar, kürdlər, lorlar, ərəblər və s. sərbəst şəkildə istənilən ümumi məkan və stadiona daxil ola bilirlər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar