SON XƏBƏRLƏR

Otuz beş yaşlı siyasətçi Çilinin yeni Prezidenti seçilib

2021.12.20, 09:28
Otuz beş yaşlı siyasətçi Çilinin yeni Prezidenti seçilib

Gunaz.tv

BBC xəbər verir ki, dekabrın 20-də ölkədə prezident seçkilərinin ikinci turu keçirilib.

Q.Boriç səsvermədə iştirak edən seçicilərin səslərinin 55,8 faizini toplayıb.

Onun rəqibi Respublikaçılar Partiyasnın namizədi Xose Antonio Kasta isə seçicilərin 44,19 faizi səs verib.

Hazırkı Prezident Sebastyan Piner Qabriel Boriçi seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Xose Antonio Kasta da məğlubiyətinin etiraf edərək bildirib: “Mübarizənin qalibi hörmətimizə layiqdir”.

Q.Boriçin andiçmə mərasimi 2022-ci il martın 11-də baş tutacaq. 35 yaşlı siyasətçi ölkə tarixində ən gənc prezident və dünyanın ən gənc siyasi liderlərindən biri olacaq.

Seçki kampaniyası zamanı Q.Boriç sərvət vergisinin tətbiqi, mədən sənayesindən royaltilərin yığılması (mis Çilinin əsas ixracıdır), abortların qanuniləşdirilməsi, pulsuz təhsilə keçid və hüquq-mühafizə orqanlarında islahatlarla bağlı vədlər verib.

Qeyd edək ki, prezidenti seçkisinin birinci turu noyabrın 22-də keçirilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar