SON XƏBƏRLƏR

"Şuşa işğal olunanda deyilən bu sözlər yanlış çıxdı" - Əhməd Obalı

2022.12.05, 12:11
"Şuşa işğal olunanda deyilən bu sözlər yanlış çıxdı" - Əhməd Obalı

Gunaz.tv

Əhməd Obalı ötən gün Xudafərin körpüsünə etdiyi səfərlə bağlı təəssüratlarını da bölüşüb:

"Dünən Xudafərin körpüsünün yanında elə hisslər keçirdim ki, danışmağa söz tapmadım. Körpünün o biri tərəfini ot basıb, demək olar ki, hərəkət üçün yararsız olub. Bu, çox qəribədir. Amma mən inanıram ki, vaxt gələcək körpünün o hissəsi də bərpa ediləcək".

Əhməd Obalı zamanında Şuşanın işğalı zamanı səslənən fikirlərdən də söz açıb:

"Şuşa işğal olunan zamanı xatırlayıram, bir nəfər bizə dedi ki, bir daha Şuşanı görməyəcəksiniz, amma gördük. Şuşa işğaldan azad edildikdən sonra həmin adamı çox axtardım ki, deyim, sənin proqnozun yanlış çıxdı. Amma tapa bilmədim. Bir zamanlar “Cənubi Azərbaycan məsələsi bitib” deyən adamlar da olub. İndi mən arzu edirəm ki, həmin bu ifadələri işlədən adamları da elə olsun ki, tapaq və deyək: “Bu proqnoz da yanlış çıxdı. O məsələ bitməyib”.

Əhməd Obalı qeyd edib ki, hazırda Güneydə tarixi fürsət yaranıb:

"Ötən 100 il ərzində Cənubi Azərbaycanda 4 dəfə inqilab olub, biz öz haqqlarımızı tələb etmişik. Lakin bu 4 inqilabın hamısında vədlərə inanmışıq ki, bu da bizim səhvimiz olub. İnanıram ki, artıq bu cür vədlərə inanmayacağıq". (musavat.com)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar