SON XƏBƏRLƏR

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlanıb

2023.01.24, 12:06
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlanıb

Gunaz.tv

Konfransda Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat konfransının məqsədi haqqında məlumat verib və bildirib ki, Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan edib.

Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. 

Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub.

Həmçinin xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub. 

Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.

Daha sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film təqdim olunub. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar