SON XƏBƏRLƏR

“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim edildi

2021.11.06, 13:18
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim edildi

Gunaz.tv

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə “Şuşa, sən azadsan” filmində təqdim olunub. 

Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.

“Biz” filmi isə müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir.

Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar