SON XƏBƏRLƏR

“Şuşa Bəyannaməsi” Azərbaycanla Türkiyə arasında yeni səhifə açdı

2022.06.13, 05:38
“Şuşa Bəyannaməsi” Azərbaycanla Türkiyə arasında yeni səhifə açdı

Gunaz.tv

Deputat xatırladıb ki, Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pik həddə çatdırmaqdır.

““Şuşa Bəyannaməsi” ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artıracaq, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcəkdir.

“Şuşa Bəyannaməsi” ilə Qarabağa yatırılan investisiyaların həcmi artacaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə vəsaitləri ayrılacaq, sıx əməkdaşlıqlar yaradılacaqdır.

Əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. “Zəngəzur dəhlizi”nin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır”.
C.Məmmədov deyib ki, Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Onun sözlərinə görə, bu tarixi sənədlə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək.

“Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə, regionda sabitlik də buna paralel olaraq artacaqdır”, - millət vəkili əlavə edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar